Ana səhifə Gündəm |
Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvlüyünə seçilib.
Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, iyunun 14-də BMT-nin Baş Assambleyasında keçirilən seçkilərdə 184 üzv dövlətdən 176-sı səsini Azərbaycana verib.
Rəsmi Bakı 2017-ci il yanvarın 1-dən 2019-cu il dekabrın 31-ədək ECOSOC-un üzvü olacaq.
Qeyd edək ki, Azərbaycan hələ 2011-ci ildə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvlüyünə öz namizədliyini irəli sürüb.
ECOSOC BMT-nin əsas orqanlarından biri olub, BMT-nin 14 ixtisaslaşmış təşkilatının, onların funksional komissiyalarının və 5 regional komissiyanın iqtisadi və sosial sahələrdə işini əlaqələndirir.
BMT-nin fəaliyyətində inkişaf məsələsinin əhəmiyyətinin getdikcə artması, o cümlədən 2015-ci ildə qəbul edilmiş Davamlı İnkişaf Məqsədləri ECOSOC-un BMT sistemində və ümumiyyətlə beynəlxalq münasibətlərdə rolu və nüfuzunu daha da yüksəldib.
ECOSOC üzvlüyünə seçkilər BMT Təhlükəsizlik Şurasından sonra ən rəqabətli seçkilər hesab olunur. Azərbaycan indiyədək bir dəfə - 2003-2005-ci illərdə ECOSOC-un üzvü olub.
Tarix
2016.06.16 / 16:03
|
Müəllif
İlham Sahiloğlu
|