Yuxarı

Zakir Qaralov AŞPA məruzəçiləri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Z. Qaralov bu ilin aprel ayından başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn normalarını kobudcasına pozaraq qadağan edilmiş kimyəvi tərkibli hərbi sursatlardan istifadə edilməsi, qoşunların təmas xəttində atəşkəs rejimini pozması nəticəsində Tərtər, Ağdam və Füzuli rayonlarının ərazisində yaşayan mülki əhali arasında itkilərin olması, dinc əhalinin yüzlərlə əmlakına ziyan vurulması barədə məlumat verib.

Görüşdə Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığa böyük önəm verildiyi, bu istiqamətdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm işlərin görüldüyü xüsusi vurğulanıb.

Həmməruzəçilər son dövrlər Azərbaycan Prezidentinin "Məhkum olunmuş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamının və Amnistiya aktı haqqında qərarın qəbul edilməsini humanizm prinsipinin bariz nümayişi kimi qiymətləndirib.

Görüş zamanı Azərbaycanda fikir, söz və məlumat azadlıqlarının, siyasi plüralizm prinsiplərinin həyata keçirilməsinin təmin olunması sahəsində xeyli işlərin görüldüyü qonaqların diqqətinə çatdırılmaqla digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edib.

Tarix
2016.06.16 / 20:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla