Yuxarı

Daha bir tanınmış jurnalist ANS-dən getdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha bir tanınmış jurnalist ANS televiziyası ilə yollarını ayırıb.

Axar.az xəbər verir ki, Ləman Əliəşrəfqızı Feysbuk sosial şəbəkəsində status yazaraq, ANS-dən getmə səbəbini izah edib.

"20 ildir jurnalistikadayam. Bu sahədə fəaliyyətim, şükür Allaha, göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-isifadəm. "Zərdabi mükafatı"nı da, Əməkdar jurnalist adını da utana-utana yox, alın tərimlə qazandım.

Dekabrdan bu yana hazırladığım sənədli filmlər də düşünürəm ki, mənə yaradılmış imkan daxilində yetərincə maraqlı işlərdir. Artıq filmin sonuna gəldim. Sözün hər cür anlaşılan mənasında işim bitdi. Bu işi qiymətləndirənlərə sağ olun deyirəm, görməzdən gələnləri vicdanlarıyla baş-başa buraxıram. Bu müqəddəs bayramda Allah hər kəsin ürəyincə versin!

Çox yoruldum. Hər şeydən - haqsızlıqdan, ədalətsizlikdən, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən, mənəm-mənəmliyindən, çığır-bağırından. Jurnalistikanı isə sevirəm və çoxlarının acığına hələ uğurlarım qabaqdadır!", - deyə Ləman Əliəşrəfqızı yazıb.

Xatırladaq ki, ötən gün tanınmış aparıcı Kəmalə Əlisgəndərqızı da ANS-dən ayrılıb.

Tarix
2016.06.16 / 23:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla