Yuxarı

Bu, Ankara-Moskva böhranını heçə endirəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Rusiya münasibətlərində yaxın zamanlarda kəskin dönüş gözləmək düzgün olmazdı.

Bu barədə Axar.az-a politoloq İlqar Vəlizadə bildirib. Ekspert bunun səbəbini iki ölkə arasında vəziyyətin hələ də normallaşmaqdan uzaq olması ilə izah edib:

"Kreml insident olayının birdəfəlik bitməsi üçün Türkiyənin üzr istəməsi və insidentə bilavasitə təsiri olan müvafiq şəxslərin cəzalandırılması ilə bağlı təkid edir. Ancaq rəsmi Ankara Moskvanın bu şərtlərinə nəinki əməl etməyə tələsmir, üstəlik, məsələnin həllini bu şəkildə görmür. Çünki Rusiya Türkiyə ilə ultimativ tonda danışır. Ankara isə məsələni danışıq yolu ilə çözmək istəyir. Yaranmış vəziyyətlə əlaqədar çıxış yolu kimi ikitərəfli komissiyanın yaradılması və mübahisəli məqamların həlli üçün müəyyən təkliflərin irəli sürülməsi vacibdir. Bu, baş tutsa, Ankara-Moskva böhranı tədricən heçə enəcək. Son zamanlar Rusiya rəsmilərinin açıqlamaları göstərir ki, komissiya məsələsi, yaxud da ikitərəfli münasibətlərdə yumşalma prosesi istisna deyil. Hesab edirəm ki, indiki şəraitdə bu tendensiyanın pozulmaması böyük dəyişikliyə gətirib çıxara bilər".

Qeyd edək ki, noyabrın 24-də Rusiyaya məxsus döyüş təyyarəsi Türkiyə sərhədini pozduğu üçün vurulandan sonra Ankara və Moskva arasında münasibətlər gərginləşib.

Tarix
2016.06.17 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla