Neft yenidən bahalaşdı
09:25
Ana səhifə Planet |
BMT Təhlükəsizlik Şurasının daimi olmayan üzvlərinin 2017-2018-ci il üçün seçkisi bu gün keçiriləcək.
Axar.az xəbər verir ki, daimi olmayan üzvlüyə iddia edənlər arasında Qazaxıstanın da adı var. Qazaxıstan indiyə qədər Təhlükəsizlik Şurasına bir dəfə də daxil olmayan 68 ölkədən biridir.
Qeyd edək ki, Təhlükəsizlik Şurasının daimi olmayan üzvlüyünə seçilmək üçün Baş Assambleyanın 193 üzvündən 129-nun səsini toplamaq lazımdır. Buraya 15 dövlət üzv seçilir. Onlardan 5-i daimi, 10-u isə daimi olmayan üzvlərdir. Hazırda daimi olmayan üzvlər Anqola, Venesuela, Misir, İspaniya, Malaziya, Yeni Zelandiya, Seneqal, Ukrayna, Uruqvay və Yaponiyadır.
Tarix
2016.06.28 / 11:50
|
Müəllif
İlkin Həsənov
|