Yuxarı

Papanın səfəri Ermənistanı bir-birinə qatdı - Etirazlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Papasının Ermənistana üç günlük səfəri maraqlı hadisələrlə yadda qalıb.

Axar.az xəbər verir ki, səfər zamanı Vatikan liderinin Ermənistanın katolik mərkəzi sayılan Gümrüdə olarkən "Latın liturgiyası" mərasimini keçirməsi, qriqoryan məzhəbli xristian və rəsmilərin də orada iştirakı Ermənistan ictimaiyyətinin narazılığına səbəb olub.

Bildirilir ki, hakimiyyətin xalqın inanclarını heçə sayıb, qriqoryan məzhəbindən imtina edərək, katolik məzhəbinə yer verməsi erməniləri özündən çıxarıb.

Məlumata görə, Səkisyan və xanımı dünya katoliklərinin dini rəhbərinin kortejini İrəvandakı "Sisernakaberd" xatirə kompleksinin yerləşdiyi yüksəklikdə qarşılayarkən Rita Sərkisyanın qaydalara uyğun geyimdə olmaması, başını və sinə nahiyəsini açıq qoyması Roma Papasına hörmətsizlik kimi qiymətləndirilib.

Qeyd edək ki, Roma Papasının Ermənistana səfəri iyunun 24-də başlayıb. Fransisk İrəvanda yazılı mətndə olmamasına baxmayaraq, şifahi nitqində "erməni soyqırımı" ifadəsindən istifadə edib. Səfər 26 iyun tarixində başa çatıb.

Tarix
2016.06.28 / 13:28
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla