Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Fevral 2018


"Bu "Volqa"ya 25 min sayırlar, vermirəm" - Fotolar

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfə təqdim edəcəyimiz "Volqa" Azərbaycandakı retro avtomobillər arasında öz görünüşünə və müxtəlif parametrlərinə görə ön sıralardan birini tutur. Avtomobilin cazibədar görkəmi insanı uzaqdan özünə cəlb edir. İki aydan sonra 50 yaşını qeyd edəcək avtomobilə olan xüsusi baxım insanı valeh edir. Necə deyərlər, "adamın maşına ayaq qoymağa heyfi gəlir".

Biz də avtomobili görər-görməz sahibini tapıb ondan bu "sənət əsəri" barədə fikrini almaq istədik. Avtomobilin sahibi Asif Şücayev bizimlə həmsöhbət olmağa sevə-sevə razılıq verdi.

Hamısı "zavodskoy"dur

Bu "Volqa" 1964-cü il buraxılışıdır. Mənə də bu maşın atamdan qalıb. İndi oğluma deyirəm ki, mənə atamdan qaldığı kimi, məndən də sənə qalsın. Deyir, yox, istəmirəm. İndiki cavanlar bəyənmir bunları. Bu maşın hardasa 15 il olar ki, mənim özümdədir. 2005-ci ildə bir az əl gəzdirmişəm. Avtomobilin bu vəziyyətə gəlməsi üçün nömrə ilə birgə 18 min xərcim çıxıb. İndi də heç bir problemi yoxdur. Bu "Volqa"da nə varsa, "zavodskoy"du, əlavə bir detal qoyulmayıb üstünə. Hətta təkərləri də "zavadskoy"du.
İnsanların marağı da çoxdur buna.

Gəl, "Cip"lə, "Mersedes"lə dəyişək

Misal üçün, mənə deyiblər, gəl "Cip"lə, "Mersedes"lə dəyişək, demişəm, yox. Hətta 25.000 veriblər, satmamışam. Üstündə olan nömrəyə görə zəng edib 7.000 manat təklif elədilər, vermədim.

Yubileyini də keçirəcəyəm

Bax, sizə bir şey deyim, mənim bundan əlavə qarajın qabağında bir "Cip" maşınım da var. Bu "Volqa"nı qarajda saxlayıram, amma "Cip"i yağışın, günün altında. Çünki, "Cip"i gedib almaq olar, amma bunu yox. Mənim bu maşına hörmətim var. O qədər sevirəm ki, bu maşını! Göz bəbəyi kimi qoruyuram. Hələ iki aydan sonra bu "Volqa"nın yubeliyini də keçirəcəyəm. Maşının 50 yaşı var, hər ilinə 1.000 manat versələr, bəlkə də sataram.

Tarix
2013.11.11 / 16:33
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Avtoyolçular bayramlarını qeyd etdi - Foto

Azərbaycanda pullu yol çəkilir

PA-nın 25 zirehli maşını satışa çıxarıldı

Bu sürücülər 50 manat cərimələnəcək – Yeni qanun

Sumqayıta yeni avtobuslar gətirilir

Ayfon-X kəskin ucuzlaşdı

Ən çox radiasiya yayan telefonlar - Siyahı

Təcili Yardım üçün kampaniya başladı: Yol ver!..

Sürücülərə məcburi olacaq bu qurğu neçəyədir?

Azərbaycan Formula-1-dən nə qədər qazandı?

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla