Yuxarı

Yalnız bu halda maşın polisə aparılır - Qanun

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yalnız bu halda maşın polisə aparılır - Qanun

Keçmiş nazir Tofiq Zülfüqarovun avtomobilinin cərimə meydançasına aparılması növbəti dəfə bu sualı aktuallaşdırdı: qanunvericiliyə görə, hansı avtomobillər cərimə meydançasına aparıla bilər?

Hüquqşünas Ərşad Hüseynov Axar.az-a deyib ki, bu hal İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsi ilə tənzimlənir.

Sözügedən maddəyə gərə, yalnız aşağıdakı hallarda nəqliyyat vasitəsi cərimə meydançasına aparılır:

- Sürücü sərxoşdursa və bu, tibbi müayinə nəticəsində müəyyən olunduqda;

- Sürücünün sürücülük hüququ olmadıqda;

- Sürücünün həmin nəqliyyat vasitəsinə sahib olması ilə bağlı heç bir sənədi olmadıqda;

- Avtomobildən istifadə edərkən yol hərəkət qaydalarını pozduğu üçün yazılan cərimənin tətbiqi barədə qərar qüvvəyə mindiyi müddətdən iki ay keçməsinə baxmayaraq, cərimə ödənilmədikdə; Bu vaxt hətta avombilin cərimə meydançısına aparılması ilə bağlı ayrıca bir qərar da çıxarılır.

- Nəqliyyat vasitəsində normativ tələbləri pozan avadanlıqlar quraşdırılıbsa, yaxud da avadanlıqlar dəyişdirilibsə, xüsusi səs siqnalları, işıq, pərdə olduqda və bunu yerində aradan qaldırmaq mümkün olmadıqda;

- Vətəndaş parklanma qaydasını pozduqda (avtombilində olmadıqda).

Ə.Hüseynov bildirib ki, qanunvericilikdə operativ nəqliyyat vasitəsinə yol verməməklə bağlı cəza da nəzərdə tutulur:

“Yol Hərəkəti haqqında qanunun 1-ci maddəsinin 20-ci bəndində, eyni zamanda, 48 və 74-cü maddələrində hansı nəqliyyat vasitələrinin operativ olması, onların üstünlükləri və bundan hansı şəraitdə istifadə edilməsi məsələləri tənzimlənir. Əgər operativ nəqliyyat vasitəsidirsə, mütləq onun xüsusi rəng qrafikası olmalıdır, xüsusi səs və qırmızı-mavi işıq siqnalı ilə təchiz edilməli və dövlət yol polisində xüsusi qeydiyyata alınmalıdır. Əgər xidməti zərurətlə bağlıdırsa, onda həmin nəqliyyat vasitəsinin sürücüsü avtomobilin damında yerləşdirilmiş səs və işıq siqnalını qoşaraq hərəkət etməlidir. Bu zaman digər sürücülər həmin operativ nəqliyyat vasitəsinə yol vermədikdə, onlar 100 manat cərimə olunurlar. Sadalananlar olmadıqda isə həmin avtombil adi bir nəqliyyat vasitəsidir və bütün sürücülər kimi o da yol hərəkət qaydalarına riyaət etməlidir.

Əgər həmin nəqliyyat vasitəsi qeydiyyata alınarkən onun texpasportunda sadalananlar yazılmayıbsa, sürücü 500 manatdan 800 manatadək cərimələnir və həmin əşyalar müsadirə olunur”.

Qeyd edək ki, ötən gün keçmiş nazir Tofiq Zülfüqarov Bakı şəhər Baş Polis İdarəsinin rəsi müavini, general Səhlab Bağırovun xidməti avtomobilinə yol vermədiyi üçün maşınının cərimə meydançasına aparıldığını açıqlamışdı. DİN-dən verilən açıqlamada isə T.Zülfüqarovun ödənilməyən 3 cərimə cəzası olduğu, ona görə maşınının cərimə meydançasına aparıldığı, artıq qanuni prosedurların başa çatdığı və keçmiş nazirin istədiyi vaxt maşınını götürə biləcəyi bildirilmişdi.

Tarix
2017.03.03 / 12:07
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə reaksiya

Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı - Foto

Mixail Zabelin yenə Rus İcmasının sədri seçildi

Xaricdə gizlənənlər üçün son: Bundan qaça bilməyəcəklər!

Bayramov İordaniya baş nazirinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla