Yuxarı

Dünyada ən böyük OLED displey yaradıldı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Respublikasının “LG Elektroniks” şirkəti 4 voleybol meydançası ölçüsündə nəhəng elektron OLED displey qurub. Bu panel orqanik işıq diodları əsasında yaradılmış ən böyük ekran kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Axar.az xəbər verir ki, 820 ədəd 55 düymlük OLED paneldən yığılmış displey Birləşmiş Ərəb Əmirliklərində dünyanın ən böyük ticarət kompleksi olan “The Dubai Mall”da qurulub.

Hər il təxminən 80 milyon alıcı sözügedən ticarət kompleksinə baş çəkir. 3,65 millimetr qalınlığında olan OLED panellər ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən nəhəng akvariumun üzərində dalğa formasında qurulub.

Nəhəng OLED displeyin eni 50 metr, hündürlüyü 14 metr, ümumi sahəsi isə 700 kvadratmetr təşkil edir. “Nikkei” nəşrinin məlumatına görə, bu ekranın ölçüləri “LG” şirkəti tərəfindən Cənubi Koreyanın İnçxon beynəlxalq aeroportunda qurulmuş displeydən təxminən 7 dəfə böyükdür.

“Business Korea” nəşri yazıb ki, ekranda mövcud olan 1,7 milyard piksel bir xətt üzrə düzülsə, onun uzunluğu 11 kilometr təşkil edəcək.

Keyfiyyətli təsvir və elastikliyi ilə fərqlənən OLED panellər populyarlaşır, smartfon və yüksək səviyyəli televizor istehsalçıları tərəfindən daha tez-tez istifadə olunur.

Tarix
2017.08.16 / 01:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla