Yuxarı

Dünya bu gün maşından imtina edir

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bütün dünyada Ümumdünya Avtomobilsiz Günü kimi qeyd edilir.

Axar.az xəbər verir ki, bu gündə avtomobil (eləcə də motosiklet) sahiblərinə, heç olmasa, bircə gün yanacaqsız nəqliyyat vasitələrindən istifadə etmək təklif olunur. Dünyanın əksər ölkələrində avtomobili olanlar bir günlük ondan imtina edir.

Bu günü qeyd etmə ənənəsi 1998-ci ildə Fransada yaranıb. O zaman bunu yalnız bir neçə şəhər qeyd edib. Lakin hazırda Avtomobilsiz Gün dünyanın 40-dan çox ölkəsində, 1500-dən artıq şəhərdə qeyd edilir.

Bu gün təkcə xüsusi təyinatlı avtomobillərə aid edilmir. Yanğınsöndürənlər, təcili tibbi yardım, polis və s. xüsusi təyinatlı avtomobillər bu gün öz işlərinə davam edir.

Ümumdünya Avtomobilsiz Günü ilə əlaqədar bir sıra ölkə və şəhərlərdə xüsusi tədbirlər təşkil olunur. Həmçinin əksər ölkə vətəndaşları da bu gün könüllü olaraq avtomobildən imtina edir. Lakin çox təəssüf ki, indiyə qədər Azərbaycanda bu gün hansısa formada qeyd edilməyib.

Bu günü ölkəmizdə yalnız “Yaşıl velosipedçilər klubu” qeyd edib. 2 il öncə onlar “Maşınsız bir gün” kampaniyası çərçivəsində Bakı şəhəri daxilində velotur təşkil etmişdilər.

Bu il isə "Həyat" Humanitar Dəstək İctimai Birliyi Ümumdünya Avtomobilsiz Gününə həsr olunmuş tədbir keçirəcək.

Tarix
2017.09.22 / 10:10
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla