Yuxarı

DYP-nin yeni sözçüsündən sürücülərə - Müraciət

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət ünvanlayaraq bəzi tövsiyələr verib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin yeni rəisi, polis mayoru Rüfət Quliyev Axar.az-a bildirib ki, son günlər qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, ağır nəticəli qəzaların əksəriyyəti mövsümün dəyişməsi ilə əlaqədar havaların tez-tez yağmurlu, çiskinli və dumanlı keçməsi, eləcə də ayrı-ayrı sürücülərin sükan arxasına yorğun və yuxusuz vəziyyətdə əyləşmələri səbəbindən baş verir:

“Hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə uzaq məsafəli yolda nəqliyyat vasitəsini idarə edən sürücülərin 3-4 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etmələrinin vacibliyi nəzərə alınaraq, Baş DYP İdarəsi bu səbəblərdən baş verə biləcək yol qəzalarının qarşısının vaxtında alınması məqsədilə bir daha sürücülərin diqqtinə çatdırır ki, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə ciddi nəzarət edilsin və yolboyu onun sazlığını nəzarətdə saxlanılsın.

Bununla əlaqədar respublika əhəmiyyətli avtomobil yollarında yerləşən DYP-nin stasionar postlarında müvafiq şərait yaradılıb, nəqliyyat vasitələrinin dayanması üçün xüsusi meydançalar təşkil edilib. Hörmətli sürücülər, unutmayın ki, əlinizdəki təkcə sükan deyil, həm də özünüzün və sərnişinlərinizin həyatıdır”.

Tarix
2018.04.17 / 17:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla