Yuxarı

Yeni nəsil Ayfon modelləri Bakıda - Qiymətlər

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əpl şirkətinin ötən ay təqdim etdiyi Ayfon XS, Ayfon XS Maks və Ayfon XR modellərinin artıq ölkənin bir çox mağazasında satışı genişlənib

Axar.az xəbər verir ki, bir-birindən ölçülərinə, ekran keyfiyyətlərinə, qiymətlərinə görə fərqlənən Ayfon XS və Ayfon X Maks telefonlarında OLED ekranından istifadə olunsa da, Ayfon XR-in ekranı LCD-dir. Ayfon XS Maks-ın ekranı 6.5 düyüm, Ayfon XS-in isə 5.8 inç-dir.

XS modelinin 64 GB-lıq gümüş rənglisi “Kontak Home” mağazasında 2599.99 manat, 256 GB-lığı isə 2899.99 manatdır.

Ayfon XS-dən demək olar ki, bütün xüsusiyyətlərinə görə fərqlənən XS Maks modelinin 64 GB-lığını 2899.99 manat, 256 GB-lığını 3059.99 manata əldə etmək mümkündür. Bu modelin 512 GB-lıq yaddaşa malik olanını isə “Vest Telekom” mağazasından 3429 manata almaq olar.

Ayfon XR modeli isə hələlik ölkəmizdəki əsas telefon mağazalarında rəsmi satışda olmasa da, onu 2000 manat civarında əldə etmək mümkündür. Bu modelin qiymətinin digərlərindən aşağı olmasının səbəbi isə 6.1 düyümlük Liquid Retina ekran, ayfonlarda artıq ənənə halını almış 3D touç xüsusiyyətinin modeldə yer almaması və arxa hissədə 2 deyil, 1 kameranın yerləşdirilməsidir. Lakin XR modelində yeni nəsil prosessoru olan A12 bionik şəbəkəsindən istifadə edilib.

Ayfon XR sarı, ağ, qara, mərcan, mavi və qırmızı rənglərdə təqdim olunur.

Qeyd edək ki, 17 sentyabrda təqdim edilən Ayfonun yeni modellərinin ilk partiyası 24 sentyabrdan Bakıda satışa çıxarılmışdı.

Tarix
2018.10.16 / 13:15
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla