Yuxarı

Dini icmaların fəaliyyəti müzakirə edildi

Ana səhifə Digər Din
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Dövlət Təhlükəsizliyi Xidmətinin Salyan rayon şöbəsinin rəisi Dəyanət Quliyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Hüsni Həsənov, dini icma sədrləri və gənclər iştirak ediblər.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbiri açaraq rayonda dini durumun sabit olduğunu bildirib və konfransın əhəmiyyətini yüksək qiymətləndirib. S.Hətəmov qeyd edib ki, Azərbaycan xalqı hər zaman öz milli-mənəvi dəyərlərinə bağlı olub.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dini radikalizmi ortaya çıxaran səbəblər, bu səbəblərlə mübarizə yolları barədə geniş məlumat verib. S.Salahlı, eyni zamanda, radikal və ənənəvi dini cərəyanlar arasındakı fərqli cəhətlərdən danışıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Tarix
2016.11.16 / 19:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla