Yuxarı

Zəlimxan Yaqubun qəbirüstü abidəsi açıldı - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda I Fəxri xiyabanda mərhum xalq şairi Zəlimxan Yaqubun qəbirüstü abidəsinin açılışı olub.

Report xəbər verir ki, abidənin açılışından sonra tədbirə toplaşanlar mərhum şairlə bağlı xatirələrini bölüşüblər.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynovun aparıcılığı ilə baş tutan anım mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca, deputat, yazıçı Aqil Abbas, Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhhərəmov, deputat Qənirə Paşayeva, Z.Yaqubun ailə üzvləri və ziyalılar iştirak edib.

R.Hüseynov qeyd edib ki, Z.Yaqub bütün yaratdıqları ilə onsuz da abidə idi:

"O, bu gün abidə formasında yenidən bizə qayıdıb. 66 il ömür sürən Zəlimxan Yaqub Azərbaycanın ən dəyərli şairlərindən biridir. O, Azərbaycan tarixində daimi yaşanacaq".

Qeyd edək ki, Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2008-ci il avqustun 29-dan ömürünün sonunadək Azərbaycan Aşıqlar Birliyinin sədri işləyib.

O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib. Şair uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib.

Xalq şairinin abidəsinin müəllifi, xalq rəssamı Natiq Əliyev, memarı Tərlan Həsənovdur.

Tarix
2017.01.09 / 11:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla