Yuxarı

Rəsul Rza istəyirdi ki, oğlu Anar...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın 79 yaşı tamam olur.

Kult.az xatırladır ki, Anar Rzayev 1938-ci il martın 14-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. Atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirib.

Görkəmli yazıçının ilk əsərləri - "Ömür yolu", "Otel otağı", "Dantenin yubileyi", "Mən, sən, o və telefon", "Gürcü familiyası", "Qırmızı limuzin" və s. maraqla qarşılanıb.

Onun "Gürcü familiyası", "Ötən ilin son gecəsi", "Beşmərtəbəli evin 6-cı mərtəbəsi" kimi əsərləri əsasında çəkilən filmlər daim maraqla izlənilir. Xalq yazıçısı Anar "Dədə Qorqud", "Təhminə", "Evləri köndələn yar", "Cavid ömrü" və başqa filmlərin ssenari müəllifidir.

Onun əsərləri dünyanın müxtəlif ölkələrində nəşr olunub. Bir çox mükafatlara layiq görülən Anar Azərbaycan Respublikası I (1995) və II (2000) çağırış Milli Məclisinin deputatı olub.

Mərhum xalq şairi Vaqif Səmədoğlu bir müsahibəsində onun haqda maraqlı bir faktı açmışdı:

“Anar ədəbiyyata məndən tez gəldi. Atası Rəsul Rza çox istəyirdi ki, Anar geoloq olsun. Nə yaxşı ki, yazıçı oldu. Anar hara, geoloq olmaq hara. Onun ədəbiyyata gəlişi məni qətiyyən təəccübləndirmədi. 60-cı illər nəsli ədəbiyyatda yeni nəfəs idi. O cümlədən Anar. 20-ci əsrin intibah dövründə Anarın xüsusi yeri var. Anar mənim yazıçımdır. Hərdən deyir ki, Vaqif şeir yazmasaydı, o şeirləri mən yazacaqdım. Mən də deyirəm ki, Anar nəsr yazmasaydı, yəqin ki, onu mən yazardım”.

Tarix
2017.03.14 / 15:01
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla