Yuxarı

Nizami Cəfərov, Dilsuz, Mirmehdi... mükafat aldı - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Ədəbiyyat qəzeti”nin saytının təqdimetmə mərasimi keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə yazıçılar, şairlər, müxtəlif sənət adamları və oxucular iştirak edib.

Tədbiri giriş sözü ilə AYB sədrinin birinci müavini, xalq şairi Fikrət Qoca açıb. O, “Ədəbiyyat qəzeti”nin uğurlarından bəhs edib və qəzetin saytının açılmasını yüksək qiymətləndirib.

Daha sonra Ramiz Rövşən, Seyran Səxavət, İlqar Fəhmi, Şirindil Alışanlı, Səlim Babullaoğlu və başqa qonaqlar çıxış edərək, qəzetin fəaliyyətindən söz açıblar.

Tədbirdə saytla yanaşı “Ədəbiyyat qəzeti yayınları” seriyasından nəşr olunmuş ilk kitabın – həyatdan vaxtsız köçmüş şair Faiq İsmayılovun “İynəboyu böyük dünya” kitabının da təqdimatı keçirilib.

Daha sonra “Ədəbiyyat qəzeti”nin təsis etdiyi “Əli bəy Hüseynzadə” mükafatının laureatları açıqlanıb. Nizami Cəfərov ədəbi-tənqidi məqalələrinə görə, Dilsuz türk poeziyasının nəfis təqdimatına görə, Məti Osmanoğlu ədəbi-tənqidi məqalələrinə görə, Mirmehdi Ağaoğlu ədəbi-publisistik fəaliyyətinə görə, Mətləb Ağa şeir və esselərinə görə, Nərgiz esselərinə görə “Əli bəy Hüseynzadə” mükafatına layiq görülüblər.

Tarix
2017.05.26 / 18:24
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla