Yuxarı

Sığallı saçları üzünə dağılmışdı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəklikotu

Daşkəsəndə “Narzan” restoranına getmişdim. Maşından düşən kimi təxminən, on yaşında qızcığaz yaxınlaşıb mənə dedi:

– Dayı, kəklikotu istəyirsən?

Qızcığazın üzünə baxdım, o qədər şirin idi ki... Yanaqları qıpqırmızı, sığallı saçları dağılmışdı üzünə. Gözünə gün düşürdü deyə, danışanda gözünün birini yumur, başını da yumduğu göz tərəfə əyir, saçları da o üz tərəfə axırdı. Elə bil yumduğu gözün əvəzinə o biri gözünü daha çox açırdı.

Deyəsən, yaman bezmişdi, heç kəs onun kəklikotusunu almırdı. Ona görə burnunu qırışdıra-qırışdıra bir də dedi:

– Dayı, kəklikotu istəyirsən?

Qızcığaz “yox” sözünə o qədər vərdiş eləmişdi ki, bir ayağını qaçaraq qoyub, o biri adamların yanına getmək üçün tələsirdi. İlahi, onun bapbalaca ovucları necə narahat və həyəcanlı idi... Görəsən, otları dağın-daşın dibindən o balaca əlləri ilə yığıbmı? Bəlkə əllərinə tikan batıb, tikanın yeri göynəyib, gecəni yata bilməyib. İndi də kəklikotunu sata bilmir, alan yoxdu. Bapbalaca ürəyi döyünür, ora qaçır, bura qaçır, ayaqları yorulur, saçları atılıb-düşməkdən bezir.

Bu dağ qızı bu qədər kəklikotunu neçəyə versə yaxşıdı? Cəmi bir manata. Deyir, hələ istəsən, aşağı da düşər.

– Hə, istəyirəm – dedim.

Ay allah, qızcığaz necə sevindi. Pulu alıb balaca ovuclarında möhkəm-möhkəm sıxdı. Daha Günəş onun gözlərinin vecinə deyildi. Axı kəklikotu satılmışdı. Qaça-qaça o biri yoldaşlarının yanına getdi. Elə bil tikan batan əlləri dincəldi, saçları sevindi.

Yolboyu maşında onun balaca əlləri, üzü, sığallı saçları, həyəcanı gözlərimin qabağından getmədi. O qədər şirin idi ki... Yanaqları qıpqırmızıydı, sığallı saçları dağılmışdı üzünə. Gözünə gün düşürdü deyə danışanda gözünün birini yumur, başını da yumduğu göz tərəfə əyir, saçları da o üz tərəfə axırdı. Elə bil yumduğu gözün əvəzinə o biri gözünü daha çox açırdı...

Tarix
2017.06.14 / 00:45
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla