Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Yanvar 2018


“Artıq Tanrı yoxdur, televizor var...” - Eko

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az dünya şöhrətli yazıçı Umberto Ekonun “Artıq Tanrı yoxdur, televizor var” essesini təqdim edir.

Yaxın keçmişdə İtaliyada vəhşicəsinə öldürülən gənc bir qızın qardaşı bu hüznlü hadisə haqda telekanallara açıqlama vermişdi. Sonra onun kədərli mimikası menecer Lele Moranın diqqətini çəkmişdi və onun üzündən bir çarxda istifadə etmişdi. Əvəzində telekanal kədərli qardaşa pul da ödəmişdi.

Bacısının faciəsinə üzülən bir insanın mimikalarını reklam çarxında istifadə etmək...

Gündəm üçün buynuzu olduğu barədə açıqlama verənlər, xədimliyini göstərmək üçün can qoyanlar, saxtakarlığını etiraf etməyə hazır olanlar var.

Kriminal psixoloqlar bəzi cinayətkarların məşhurlaşmaq arzusu ilə silsilə qətllər törətdiyi haqda yazıblar.

Bu ağılsızlıqların səbəbini bir-birimizdən soruşduq. Marias baş verənləri Allaha olan inamın itməsi ilə əlaqələndirdi. O qeyd etdi ki, əvvəl insan hərəkətlərini görən, onu ittiham etməyə qadir olan birinin olduğuna inanırdı.

Hamı tərəfindən atılmış, işsiz-gücsüz bir insan içindəki “Allah görür və xəbərdardır” hissinə sığınıb təsəlli tapırdı. Nəvələri tərəfindən atılan nənə də elə düşünürdü: “Allah hər şeyi bilir...”, ədalətsizliklə üzləşən biri də eyni cür fikirləşirdi: “Allah bilir, bir günahım yoxdur mənim...”

Ana nankor övladına “Allah şahiddir ki, sənin üçün nələr etmişəm”, sevgilisi tərəfindən atılan qadın “Allah səni necə sevdiyimi bilir”, - deyirdi.

Allahın gözündən heç nə qaçmazdı və onun baxışları bomboz, mənasız həyatı da maraqlı edərdi.

Hər şeyin yerini bilən və görən bu “şahid” it-bata düşdükdən sonra nə oldu? Onun yerini nə aldı?

Anonimlikdə boğulmamaq, unutqanlığın girdabında yox olmamaq üçün özümüzü göstərməliyik.

Əslində, bu, təminedici bir şeydir. Həyatdan uzaq bir yerdə özümüzü görürük.

Problem ondadır ki, bu vəziyyətdə “tanınmaq” sözünün ikili mənası səhv başa düşülür. Hamı tanınmaq istəyir, amma ekranda göründükdən sonra əsil həqiqətlə üzləşirik. Yoldakı adam bizə “Dünən səni televizorda gördüm”, - deyir. Bax həqiqət budur: axı o ancaq sənin üzünü görüb.

Bu isə tanınmaqdan çox fərqlidir.

Tarix
2018.01.09 / 00:50
Müəllif
Ömər Xəyyam
Şərhlər
loading...
Digər xəbərlər

KQB agenti, şarlatan, bişərəf - Xəlil Rza

“Libraff” və EAS uşaqları əyləndirdi - Video

Qeydiyyatdan keçən əsərlərin sayı açıqlandı

Göndərdiyin acılar sürüşür qucağımdan...

Trampı qorxuya salan kitab satışda: birinci oldu

Türkiyədə Sabir Rüstəmxanlının imza günü keçirildi - Foto

Fərhad Mehdiyevin kitabı təqdim olunacaq - Foto

Anardan təyinat: Vüsal Oğuza vəzifə verildi - Foto

Füzulinin oğlunun əlyazmaları tapıldı - Foto

A mollalar, niyə məni döyürsünüz? – Mirzə Cəlil

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla