Yuxarı

Hərbçilərimiz Xəzər kuboku-2016-da – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Dağıstanın Kaspiysk şəhərində suüstü gəmi heyətlərinin "Xəzər kuboku – 2016" beynəlxalq hərbi-dəniz müsabiqəsinə start verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, "Beynəlxalq Ordu Oyunları – 2016" yarışları çərçivəsində keçirilən müsabiqədə Azərbaycan, Qazaxıstan və Rusiyadan olan komandaların heyətində ümumilikdə 130 nəfər iştirak edir.

Qeyd edək ki, "Xəzər kuboku – 2016" üç mərhələdən ibarətdir. Bunlar gəmi silahının təyinatı üzrə istifadəsi, sağqalma uğrunda mübarizə, eləcə də dəniz vərdişləri və xilasetmə hazırlığı üzrə yarışlardır.

Müsabiqənin qalibləri avqustun 11-də müəyyən olunacaq.

Dənizçilərlə bərabər tankçılarımız da beynəlxalq yarışda iştirak edir. Onlar "Beynəlxalq Ordu Oyunları – 2016" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" yarışlarına qatılıblar.

Müsabiqənin ikinci günündə Azərbaycan, Anqola, Belarus, Venesuela, Zimbabve, Qırğızıstan və Tacikistan tank heyətləri fərdi ustalıqlarını nümayiş etdiriblər.

"Fərdi sürücülük" mərhələsinin tələblərinə əsasən, hər tank heyəti uzunluğu 5 km. olmaqla 3 dairə keçməli, tankın topundan, zenit və qoşa pulemyotlardan atəş açmalıdır. Hər dairədə tanklar maneə və manevr sahələrini, çay və mina sahəsinin zəncirvarı keçidini, kurqan, alov zolağı, tankəleyhinə xəndəyi, eskarp və dağ ətəyi ərazilərdə yaradılmış müxtəlif maneələri dəf edirlər.

Hər atəş mərhələsində şərti düşmənin tank, helikopter və tankəleyhinə heyətlərinin hədəfləri məhv edilməlidir.

Tank heyətlərinin ümumi nəticələri cərimə balları da nəzərə alınmaqla məsafəni qətetmə vaxtı ilə birgə hesablanır. "Fərdi sürücülük" mərhələsinin nəticələrinə görə ən çox xal toplayan 12 komanda yarışların yarımfinalına çıxmaqla "Estafet" mərhələsində iştirak etmək hüququ qazanacaqdır.

Tarix
2016.08.01 / 12:40
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla