Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Noyabr 2017


İlham Əliyev və xanımı sərgidə - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016.11.30. 10:22

Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - “Bakutel-2016” ilə tanış olub.

Axar.az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə dövlət başçısına və xanımına sərgi barədə məlumat verib.

Bildirilib ki, sərgidə dünyanın 18 ölkəsindən 200 şirkət iştirak edir. Builki sərgidə 9 ölkə - Avstriya, Belarus, İran, İtaliya, Fransa, Niderland Krallığı, Sloveniya, Türkiyə və Xorvatiya mili stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edir.

İştirakçıların 40 faizi “Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri var. Ənənəvi olaraq, sərgidə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunur. Nazirliyin pavilyonunda rabitə, poçt, “elektron hökumət” sahələrində həyata keçirilmiş yeni layihələr nümayiş etdirilir.

Regionun ən böyük tədbirlərindən biri olan “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır.

Beynəlxalq Telekommunikasiya İttifaqı kimi mötəbər təşkilatın dəstəyi, eləcə də Dünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzunu bir daha təsdiq edir.

Dörd gün davam edəcək sərgi çərçivəsində “Gözdən əlil uşaqlar üçün səsli kitabxana”, “Muzeylərin rəqəmləşdirilməsi”, “Google art project” layihələrinin təqdimatı, startapların geniş iştirakı baş tutacaq.

Dövlət başçısı və xanımı sərginin pavilyonları ilə yaxından tanış olublar.

Tarix
2016.12.01 / 01:23
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Millət vəkilindən həyəcan təbili: səhiyyədə…

3 ölkə mediası Bakıdan yazdı: Sabit, təhlükəsiz...

Bəzi nazirliklər ləğv edilməlidir - Zahid Oruc

SSRİ-də gizlədilən 5 şəhər – Axar TV

Prezident bu vəzifələri ləğv etdi - Sərəncam

Həmyerlimiz bu ölkədə direktor təyin edilir?

Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır - TBMM sədri

İtaliyanın məşhur jurnalı Qarabağdan yazdı

Səfirimizdən NATO təlimindəki qalmaqalla bağlı - Açıqlama

Lavrovla Nalbəndyanın qapalı görüşü başladı

KULT
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla