Yuxarı

Səfirimiz "Milliyyət" qəzetinə yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Milliyyət” qəzeti Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovun “Azərbaycan-Türkiyə münasibətlərinin 25 illiyi” sərlövhəli məqaləsini yayıb.

Axar.az xəbər verir ki, Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunan məqalədə bütün sahələr üzrə yüksələn xətlə inkişaf edən münasibətlərin ayrı-ayrı istiqamətləri təhlil olunub.

Azərbaycanın dövlət müstəqilliyinin qardaş Türkiyə tərəfindən tanınmasından və diplomatik münasibətlərin bərpa olunmasından ötən dövr ərzində iki ölkə arasında baş verən proseslərə nəzər salan müəllif yazır ki, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin fəaliyyətindən əldə olunan bəhrələr hesabına Azərbaycan və Türkiyə üçün xüsusi əhəmiyyət daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP və TAP layihələrinin reallaşması üçün tarixi şərait yaradılıb.

Ötən ilin əvvəlində Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının təxirə salınmasının səbəbləri, bu məsələ ilə əlaqədar Prezident İlham Əliyevin qardaş Türkiyəyə jest edərək Ankaraya səfər etmək barədə tarixi qərar qəbul etməsi və digər mühüm məqamlara nəzər salan səfir iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşunun səviyyəsi, bu sahədə perspektivdə olan yeni layihələr və s. barədə türkdilli oxuculara məlumat verir.

Tarix
2017.01.14 / 21:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla