Yuxarı

Türkiyədən Qarabağdakı “referendum”la bağlı - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Ədalət və İnkişaf Partiyasının (AKP) Adana millət vəkili Necdət Ünüvar sabah qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilməsi planlaşdırılan “referendum”la bağlı bəyanat verib.

APA-nın məlumatına görə, N. Ünüvar bildirib ki, Ermənistan tərəfindən 25 ildir ki, işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən bir “referendum” keçiriləcəyi açıqlanıb.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri bu “referendum”un beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qərarlarına və ATƏT-in prinsiplərinə zidd olduğunu vurğulayıb: Ermənistan əsgərləri tərəfindən 26 fevral 1992-ci ildə Xocalıda mülki şəxslərin kütləvi şəkildə qətlə yetirildiyi tarixin ildönümünə bir neçə gün qalmış belə bir “referendum”un keçirilməsi açıq bir təhrik və pis niyyətli addımdır. Bölgədə işğalın daim davam etməsi üçün atılan bu addım sülh danışıqlarına kökündən ziyan verə bilər. Bu qanunsuz “referendum”un nəticələri Türkiyə tərəfindən tanınmayacaq. İşğal edilən Dağlıq Qarabağ və digər Azərbaycan bölgələrindən olan 1 milyondan çox azərbaycanlı məcburi köçkün həyatı yaşamaqdadır. Atılması vacib ilk addım bu insanların doğulduğu torpaqlara geri dönmələri, işğala son qoyulmasıdır. ATƏT-in Minsk Qrupu təcili Dağlıq Qarabağ münaqişəsinin ədalətli və daimi həllini tapmalıdır”.

Qeyd edək ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nda fevralın 20-də “referendum” keçiriləcək. Bu barədə qondarma rejimin lideri Bako Saakyan sərəncam imzalayıb. Referendum “prezident səlahiyyətləri”nin artırılmasını nəzərdə tutur.

Tarix
2017.02.19 / 16:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla