Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Dekabr 2017


Ərəstun Oruclu: “Klassik müxalifət yola salınacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda yeni müxalifət cəbhəsi yaranacaq"

Bu sözləri "Axar.az"a müsahibəsində "Şərq-Qərb" Araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu seçki sonrası ölkə daxilindəki siyasi vəziyyətlə bağlı proqnoz verərkən deyib. Həmin müsahibəni təqdim edirik.

- Ərəstun bəy seçki sonrası ölkədaxili siyasi vəziyyəti necə qiymətləndirirsiz?

- Seçki sonrası vəziyyətdə ən önəmli faktor seçkilərə dünyanın və ölkəmizdəki insanların necə yanaşmasıdır. Detala varmayaq, bunu qoyaq bir kənara. ABŞ prezidenti İlham Əliyevə təbrik ünvanladı. Həmin məktubda yetərincə ciddi mesajlar var. Həmin ciddi mesajlar göstərir ki, ABŞ-ın qlobal dünyanın aparıcı gücü olaraq, Azərbacandan gözləntilərinin olacağını çox dəqiq olaraq yazıb. Söhbət demokratiya, insan haqları və seçki sisteminin şəffaflaşdırılması kimi mövzulardan gedir.

- Xarici güclərin Azərbaycandan nə kimi istəkləri var?

- Son zamanlar Qərb dünyası ilə rəsmi Bakının münasibətlərində soyuqluq müşahidə edirəm, Türkiyə ilə münasibətlərdə müəyyən problemlər var.

Ərdoğanın partiya üzrə müavini bəyanat verdi ki, Azərbaycan Avropaya inteqrasiya edir. Bu, bir çağırışdır. Digər tərəfdən, biz gördük ki, Azərbaycan Rusiya tərəfindən sərt təzyiqlərə məruz qaldı və İranla sərhəd-keçid məntəqələrində problemlər bağlandı. Faktiki olaraq, Azərbaycanın izolyasiyası baş verdi. Kimlərsə bunun adını başqa cür qoya bilər, ancaq reallıqda söhbət məhz bundan gedir.

- Burda hansısa bir mesaj varmı?

- Bəli, bu, artıq bir mesajdır. Köhnə yanaşmalar və strategiyalar özünü doğrultmur. Çünki yeni situasiyaya gəlib çıxmışıq. Bu vəziyyətdə yeni siyasət meydana çıxmalıdır. Həm ölkə daxilində, həm də xaricdə. İndi elə bir vəziyyətə gəlib çatmışıq ki, siyasətə yanaşma qaydalarında mütləq dəyişikliklər olacaq.

- Bu dəyişikliklər hansı sahələrdə müşahidə olunacaq?

- Cəmiyyət və ölkə idarəçiliyində dəyişikliklərə gətirib çıxaran proses bütün sahələrə təsir edəcək. Həm vətəndaş cəmiyyəti, həm ölkənin siyasi həyatı, həm də ölkə mediası bu dəyişikliklərdən yayına bilməyəcək. Bütün sahələrdə pozitiv yeniliklər olmalıdır. Amma biz görürük ki, durğunluq Azərbaycanda bütün sahələri əhatə edir.

- Bu yeniliklərdə qazanan və itirən tərəflər hansı olacaq?

- Bilirsiz, indi "sosial media" deyilən yeni bir media meydana çıxıb. O, artıq öz sözünü deməkdədir. Son 1 ildə və ya bir neçə ayda yaranan saytlar uzun illərdən bəri çıxan qəzetləri üstələyir.

Azərbycanda klassik və ya ənənəvi adlandırdığımız mətbuatın indiki vəziyyətə gəlib çatmasının səbəbini onların aid olduğu siyasi çevrələrin fəaliyyətində axtarmaq lazımdır. Azərbaycanda yeni yaranan və orta mövqedən çıxış edən xəbər saytları daha çox oxunursa, bu, cəmiyyətin ölkə siyasətində hansı mövqeyi daha çox özünə yaxın saymasını göstərir.

Ənənəvi müxalifətə yaxın olan media qurumlarında müşahidə olunan geriləmə ondan irəli gəlir ki, o media konkret olaraq bir düşərgəni təmsil edir. İqtidar düşərgəsini təmsil edən mediada vəziyyət daha acınacaqlıdır. Əgər biz hakimiyyət mövqeyini açıq şəkildə müdafiə edən media vasitələrinə baxsaq, görərik ki, geriləmə onlarda daha çox müşahidə olunur. Deməli, cəmiyyətdən yeni çağırışlar gəlir. Cəmiyyət deyir ki, mən yenilik istəyirəm.

Qazanclı çıxan isə orta mövqedə olan, yeni siyasətlə çıxış edən və məsələyə yeni baxış ortaya qoyanlar olacaq. Bunlar da gənc nəslin nümayəndələridir. Artıq yaşlı nəslin siyasətdən yola salınmaq vaxtı gəlib çatıb.

- Gənclərin lokomotiv olduğu siyasətdə yaşlı nəslin nümayəndələri hansı mövqeni seçməlidir?

- Yaşlı nəsil öz bilgilərini gənc nəsillə paylaşmalı və onlara yardımçı olmalıdır. İdarəçilik məsələlərində gənclərin təcrübəsiz olduğunu söyləyənlər tutduğu vəzifələrdən əl çəkə bilməyənlərdi. Gürcüstanda dəyişiklik olanda Saakaşvilinin 35 yaşı var idi. Yüksək nazir postlarına gənc kadrları gətirdi. İndiki hakimiyyətin Daxili İşlər nazirinin 28 yaşı var. Bütün bunlar onu göstərir ki, idarəçiliyin gənclərə həvalə edilməsi praktiki olaraq mümkündür.

Bəzi insanlarda vəzifə ehtirası o qədər güclüdür ki, elə bilirlər, tutduqları vəzifə ömür boyu onlarındır. Bu onların təfəkküründən xəbər verir. Azərbaycanda 15-20 ildir hansısa postda rəhbər vəzifədə olan insanlar yetərincədir.

- Dediyiniz dəyişikliklərin reallaşma zamanını necə proqnozlaşdırırsınız?

- Bu, elə də uzaqda deyil. Düşünürəm ki, 2015-ci il parlament seçkilərinə Azərbaycan tamamilə yeni siyasi formatda və yeni simalarla gedəcək. Gənclər prosesi əllərinə alacaq.

Tarix
2013.11.12 / 10:01
Müəllif
Tural Qurbanlı
Şərhlər
loading...
Digər xəbərlər

Putin Tehranda Əliyevdən nə xahiş edib - Sensasion iddia

Növbəti ildə hansı nazirliklər birləşdiriləcək?

Türkiyə ABŞ əleyhinə bu addıma imkan vermədi - Qüds Zirvəsi

Putinin Türkiyədə bu sazişi imzalamamasının - Səbəbi

İrəvan Türkiyə ilə imzalanan protokollardan niyə çıxdı?

Ermənipərəst qüvvələrin növbəti məğlubiyyəti...

Çıroqov və Sərkisyan işi: hər iki iş uddusa, niyə qalib sayılırıq?

Məşhur astroloqdan 2018-ci il üçün dəhşətli proqnozlar

Heydər Əliyev bunun əsasını qoyub - Korea Post

Səfir: Azərbaycan Qazaxıstanın əsas tərəfdaşıdır

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla