Yuxarı

Sərkisyanın savaş ritorikasına Vaşinqtondan cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

04.18 11:31

Qara və Xəzər dənizləri arasında yerləşən Qafqaz dağları, tezliklə, Ermənistan Prezidenti Serj Sərkisyan ucbatından nüvə qarşıdurması məkanına çevrilə bilər.

Axar.az xəbər verir ki, bu sözlər amerikalı ekspert Lloyd Qrinin “Vaşinqton Tayms” qəzetində dərc edilən məqaləsində yer alıb.

“Ermənistan qeyri-qanuni olaraq Azərbaycanın qərb ərazilərini hərbi yolla tutub. Üstəlik, Ermənistan 1992-ci ildə 600 dinc sakinin kütləvi qətliamını həyata keçirib. Bu gün isə Ermənistan regionu nüvə müharibəsinin astanasına itələyir. Keçən payız Ermənistan Rusiyadan “İsgəndər” raket sistemləri aldı. Bu da Azərbaycan və NATO üzvü olan Türkiyəyə qarşı provokasiya oldu. Bu cür fəaliyyətlər Moskvanın Avrasiya və Yaxın Şərqdə Qərbin maraqlarına təhdid üçün raket yerləşdirmə siyasətinə uyğundur”.

Qrin vurğulayıb ki, “İsgəndər”lərin İrəvana verilməsi Azərbaycana və NATO-nun müttəfiqi Türkiyəyə mesaj mənası verən böyük təxribatdır: “Bu, Moskvanın Avrasiyada və Yaxın Şərqdə raket kompleksləri yerləşdirməklə və Qərb maraqlarına təhdid xarakteri daşımaqla bağlı siyasi xəttinə əsaslanır.

“İsgəndər”lər təkcə Azərbaycanın paytaxtı Bakıya qədər uçmaq effektində deyil, onlar həm də nüvə başlıqları ilə də təchiz edilə bilərlər. Bu azmış kimi Sərkisyan işğal edilmiş torpaqlarda oldu və ölkəsinin güclü, müasir silaha sahib olmasıyla bağlı qürurlandı. Bundan sonra o, Azərbaycandakı potensial hədəfləri müəyyən etdi və ordu rəhbəri kimi qorxuducu bəyanatlar verdi. Müharibəyə çağırışla bağlı bu yeni fitnəkarlıq Bakıda və bütün regionda narahatlıq və gərginlik yaradır. Sərkisyanın bəyanatından artıq Vaşinqton da narahat olub. Sərkisyanın ritorikası separatçıların işğal edilmiş Azərbaycan torpaqlarının müstəqil dövlətin ərazisi olmasıyla bağlı mifinə bənzəyir. Sərkisyan həmçinin bu raketlərdən özünün daxili siyasi hədəfləri üçün də istifadə edir. Rusiyadan “İsgəndər”ləri yalnız Ermənistan alıb. Niyə? Ona görə ki, Azərbaycanda vacib infrastruktur var və onlar, o cümlədən Amerika şirkətlərinin sahib olduğu obyektlər Avropanın enerji təhlükəsizliyini təmin edir”.

Müəllif vurğulayıb ki, Rusiyanın bu istəyinin səbəbi həm də imperiya maraqlarıdır:

“İkinci səbəb Kremlin Qafqazlarda sovet imperiyasını bərpa etmək istəyidir. O, bunu artıq Krımda edib. Azərbaycanlılar hər zaman ABŞ-a yaxşı dost və güclü müttəfiq kimi ümid ediblər. İnanıram ki, Tramp dövründə də bu ümid belə qalacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Qrin ABŞ-ın eks-prezidenti ata Corc Buşun seçkiqabağı təşviqat kampaniyası zamanı Yaxın Şərq məsələləri üzrə məsləhətçisi olub.

Tarix
2017.04.19 / 10:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla