Yuxarı

Lombardi: "Azərbaycan Qafqazın İsveçrəsidir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ilə İsveçrə arasında siyasi əlaqələr yüksək səviyyədədir. Hər iki ölkə bir çox oxşarlıqlara malikdir, coğrafi baxımdan zəngin, rəngarəngdir. İsveçrə Alp dağları zonasındadır, bu dağlar onu qonşu ölkələrlə birləşdirir. Azərbaycanın Böyük Qafqaz dağları bir neçə xalqı əhatə edir və onlar birlikdə yaşayırlar.

Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində Avropa Şurası Parlament Assambleyasının üzvü olan isveçrəli parlamentari Filippo Lombardi deyib.

İsveçrə-Azərbaycan Dostluq Qrupunun sədri kimi Azərbaycan parlamentinin, hökumətinin üzvləri ilə dəfələrlə görüşdüyünü qeyd edən Filippo Lombardi İsveçrənin xarici işlər naziri Didye Burxalterin bir neçə dəfə Azərbaycana səfər etdiyini, iki ölkə arasında yaxşı münasibətlərin və qarşılıqlı anlaşmanın olduğunu söyləyib.

“Azərbaycana Qafqazın İsveçrəsi deyərdim. Azərbaycan beynəlxalq aləmə, tərəfdaşlarına açıqdır. Bu, çox vacibdir”, - deyə Filippo Lombardi qeyd edib.

İsveçrə-Azərbaycan Dostluq Qrupunun sədri deyib ki, iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişafı üçün böyük potensial mövcuddur. İsveçrə TANAP layihəsində iştirak etməkdə maraqlıdır və enerji təchizatının şaxələndirilməsinə çalışır. “Ölkəmizin yeraltı enerji ehtiyatları yoxdur, buna görə də bütün enerji ehtiyatlarını idxal edirik. Bu baxımdan, ikitərəfli iqtisadi əlaqələri İsveçrə iqtisadiyyatının əsas istiqamətləri olan maşınqayırma, kimya və əczaçılıq sənayesi sahələrində daha da genişləndirə bilərik. Turizmlə bağlı İsveçrənin xüsusi ənənələri var, bu sahədə müvafiq məlumatlar, iş metodlarına dair mübadilə apara bilərik. Hər iki ölkədə olan xizək kompleksləri arasında təcrübə mübadiləsi təşkil edilə bilər”, - deyə Filippo Lombardi bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan isveçrəli parlamentari bildirib ki, bu münaqişənin həlli asan deyil. İsveçrə bu sahədə hər iki ölkəyə vasitəçilik missiyasını təklif edə bilər. O, iki ölkə parlamentarilərinin bu istiqamətdə görüşlərinin keçirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, 25 ildir davam edən münaqişənin tezliklə sülh yolu ilə həllini tapmasının tərəfdarıdır.

Tarix
2017.04.21 / 19:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla