Yuxarı

Bu gün azərbaycanlılar kimə səs verəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün əhalisinin 50 faizə yaxını azərbaycanlılardan ibarət olan qonşu İran İslam Respublikasında prezident və Şəhər Şurası seçkiləri keçirilir.

Axar.az xəbər verir ki, seçkilərə çoxsaylı namizəddən yalnız 6 nəfər qeydə alınmışdı. Təbliğat zamanı Tehran meri Məhəmməd Baqir Qalibaf İbrahim Rəisinin, İshaq Cahangiri və Mustafa Haşemi Taba isə Həsən Ruhaninin xeyrinə namizədlikdən imtina edib.

Bu gün 3 namizəd mübarizə aparır – hazırkı prezident, islahatçıların dəstəklədiyi Həsən Ruhani, mühafizəkarların dəstəklədiyi İbrahim Rəisi və müstəqil Mustafa Mirsəlim.

Əsas rəqabətin Həsən Ruhani və İbrahim Rəisi arasında gedəcəyi gözlənilir.

Qeyd edək ki, İbrahim Rəisidən fərqli olaraq, Həsən Ruhani Qərbi və Şərqi Azərbaycan, o cümlədən Ərdəbil və Urmiya vilayətlərinə səfər edərək, azərbaycanlıların səsini almaq üçün ciddi təbliğat aparıb. Bir çox görüşlərdə isə Azərbaycan türkləri milli şüarlar qaldırıblar və H.Ruhanini ötən seçkilərdə verdiyi vədə əməl etməməkdə, Türk Dil Qurumunu yaratmamaqda və Azərbaycan vilayətlərində İranın digər vilayətlərinə nisbətən, işsizliyin daha çox olması və iqtisadi siyasətin düzgün aparılmamasında suçlayıblar.

Tarix
2017.05.19 / 02:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla