Yuxarı

Nəzrinin şəkli 650 ingilis deputata göndərildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı köçkünlərin acınacaqlı vəziyyəti Britaniyanın yeni parlament üzvlərinin diqqətinə çatdırılıb

Böyük Britaniyada keçirilmiş parlament seçkilərindən sonra Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə Azərbaycanın bir milyona yaxın məcburi köçkün və qaçqınlarının acınacaqlı vəziyyəti barədə məlumatı özündə əks etdirən açıqca parlamentin yeni 650 üzvünün hər birinə göndərilib.

Axar.az xəbər verir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsin nəticəsində öz dogma yurdundan məcburi köçkün və qaçqın düşmüş azərbaycanlılara həsr olunmuş açıqcada 10 yaşlı Nəzrin Xanlarovanın fotoşəkli yer alıb. O, Pirşağa qəsəbəsindəki Qızılqum məcburi köçkün düşərgəsində anadan olub və onun ailəsi əslən Xocalıdandır. TEAS-ın dəstəyi ilə həyata keçirilən, məşhur alman fotoqrafı Filip Ratmerin “Evə aparan beş yol” (Five Roads Back Home) foto layihəsində azərbaycanlı məcburi köçkünlərin portretləri yer alıb. Bu təsirli və emosional fotoşəkillərdə köçkünlərin üz şəkilləri qara fonda yaxın rakursdan çəkilib.

Açıqcada bütün azərbaycanlı məcburi köçkün və qaçqınların yeganə və ən böyük arzusu - öz dogma evlərinə geri qayıtmaq istəyi ifadə edilir.

“Xoş arzularla” (Many Happy Returns) kampaniyası haqqında ətraflı öyrənmək üçün www.manyhappyreturnsIDP.com səhifəsinə keçin.

Tarix
2017.06.19 / 02:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla