Yuxarı

Azərbaycanla bu ölkə arasında saziş imzalandı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasit arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, təkbətək keçirilən görüş sonra nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Nazirlər Azərbaycan və Laos arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bu xüsusda, onlar yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin təşviqi və inkişafı baxımından vacibliyini qeyd ediblər. E.Məmmədyarov S.Kommasitin səfərinin Azərbaycan və Laos arasında ilk rəsmi səfər olduğunu deyərək, bu səfərin ikitərəfli əlaqələrin bütün sahələrində inkişafa töhfə verəcəyinə əminliyini ifadə edib.

Nazirlər, həmçinin parlament diplomatiyasının ikitərəfli münasibətlərin inkişafında mühüm rola malik olduğunu qeyd edərək, qanunverici orqanlarda dostluq qruplarının yaradılmasının təşviqi barədə danışıblar.

Daha sonra tərəflər ikitərəfli münasibətlərin perspektiv vəd edən istiqamətlərinin müəyyənləşdirilməsi üzrə geniş fikir mübadiləsi aparıblar və iqtisadiyyat sahəsində əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildiriblər. Onlar bu imkanların üzə çıxarılması baxımından hər iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin yaradılması və biznes forumların təşkil edilməsinə dair ortaq mövqelərini bölüşüblər, ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Nazirlər humanitar sahədə, xüsusən də təhsil sahəsində hələ Sovet İttifaqı dövründən başlayan uğurlu əməkdaşlığın genişləndirilməsi, tələbə və tədqiqatçıların mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər iki ölkə arasında beynəlxalq təsisatlar, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Elmar Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barədə məlumat verib. Nazirlər münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə dəstəyi bəyan ediblər.

Görüşdə “Laos Xalq Demokratik Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında Saziş” imzalanıb.

Tarix
2017.06.19 / 20:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla