Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


Taksofonların hərbidə tətbiqi kimin marağındadır? – Rəy

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İstehsalat Birliyinə verdiyi tapşırıqda regioanlarda yerləşən bütün hərbi hissələrə taksofon quraşdırılacağı bildirilib.

Tapşırıqda göstərilir ki, 10 gün müddətində Müdafiə Nazirliyinin bütün hərbi hissələrinə şəhərlərarası taksofonların quraşdırılması başa çatdırılmalıdır.

Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov "Axar.az"a açıqlamasında taksofonların quraşdırılmasının nə dərəcədə müsbət addım olmasına aydınlıq gətirdi:

"Doğrusu, mən bu xəbəri bir qədər öncə eşitdim və eşitdiyim anda bu xəbər məndə təəccüb doğurdu. Başa düşürəm ki, Müdafiə naziri hörmətli Zakir Həsənov vaxtilə Daxili Qoşunların komandanı olarkən onlarda belə bir praktika mövcud idi. Bu yolla da əsgərlər öz yaxınları və doğmaları ilə əlaqə yarada bilirdilər. Amma bu qərarın Müdafiə Nazirliyində təsdiq edilməsi prosesində son dərəcə diqqətli olmaq lazımdır. Çünki Müdafiə Nazirliyi döyüş əməliyyatlarıyla, ölkənin ərazi bütövlüyü və təhlükəsizliyi ilə bağlı olan güc strukturudur. Taksofonların hansı hərbi hissələrdə mümkündürsə, orada quraşdırılmasının əleyhinə deyiləm. Döyüş tapşırığı ilə bağlı məsələlər olan hərbi hissələrdə isə taksofonların quraşdırılması çox ciddi fəsadlar yarada bilər. Təbii ki, kifayət qədər əsgər olan hərbi hissələrdə hər əsgərin yanına bir zabit qoymaq mümkün deyil ki, əsgərə nəzarət etsin. Onların arasında möhkəm iradəli olan da ola bilər, kimlərsə tərəfindən müəyyən əməkdaşlığa cəlb olunanlar da. Belələri də müəyyən maraqlar qarşılığında döyüş tapşırığının vaxtını, texnikanın sayını və s. məlumatları digərinə ötürə bilərlər. Bu səbəbdən də biz özümüzə problem yaratmamalıyıq. Mən həmişə yeniliyin tərəfdarı olmuşam, amma indiki vəziyyətdə son dərəcə ehtiyatlı davranmaq lazımdır. Ola bilsin ki, taksofonların quraşdırılmasında kiminsə biznes marağları var, amma biz bu maraqları dövlətin marağından önə çəkə bilmərik. Məxfiliyin qorunması yüksək səviyyədə olmazsa, hansısa hərbi hissənin verdiyi komanda ani bir vəziyyətdə sıradan çıxa bilər. Taksofonlar nəzarətdədir. Lakin məlumatı ötürən şəxsin hüquq-mühafizə orqanları tərəfindən axtarılıb tapılması bir neçə saat hətta bir gün çəkə bilər. Bu da hərbi hissəyə aid olan məxfi sirrin ötürəlməsinin qarşısını almaq üçün kifayət qədər böyük vaxtdır.
Taksofonların Bakıda yox, regionlarda quraşdırılması isə mənim üçün çox maraqlıdır. Mən düşünürəm ki, bu məsələni regionlarda daha sonra həll etmək olardı. Çünki Müdafiə Nazirliyinin əksər hərbi hissələri səhra şəraitindədir. Ola bilsin ki, gecəylə tapşırıq verilsin ki, səhər hücuma keçirik və əsgər "Məmmədov"da evlərinə zəng edib bu barədə məlumat verir. Bu məlumatı da tək Azərbaycanda yox, əksər yerdə dinləyirlər. Bu halda bizim qazancımız nə olacaq? Mən elə düşünürəm ki, taksofonlar quraşdırılandan bir müddət sonra fəsadlar ortaya çıxacaq. Bundan sonra da onların hərbi hissədən yığışdırılmasına göstəriş veriləcək.
Dünya praktikasında müharibə şəraitində olmayan ölkələrdə bu sistem çox uğurla tətbiq olunur. Belə ölkələrdə tək taksofon yox, hətta əsgərin istifadə etməsi üçün planşet də var. Bəzən bizim ordumuzu dünya ölkələrinin orduları ilə müqayisə edirlər. Bu müqayisəni edənlər bilməlidir ki, o ordulardakı əsgərlərin və zabitlərin aldığı məvacib bizim zabit və əsgərlərimizin aldığı məvacibdən qat-qat fərqlidir.
Biz bugünkü gündə birinci növbədə əsgərlərimizi yaxşı qida və qış vaxtında istiliklə təmin etməliyik. Taksafon məsələsi 5-6-cı yerdə duran məsələdir. Rabitə Nazirliyində xeyli taksofon istifadəsiz qalıb. Onları da hər halda Müdafiə Nazirliyinin xətti ilə hərbi hissələrə göndərmək istəyirlər. O taksofonlar Azərbaycanın və Türkiyənin istehsalı olsaydı, hardasa başa düşərdim. Çinin, Malayziyanın, İsrailin istehsalı olan taksofonlarına isə kim qarantiya verə bilər ki, dinlənilmir?

Tarix
2013.11.20 / 12:22
Müəllif
Natiq Azəri
Şərhlər
loading...
Digər xəbərlər

Oqtay Əsədovdan deputatlara irad: Çətin məsələdir?

Prezidentdən bu nazirliklə bağlı - Sərəncam

İlham Əliyev Nazarbayevə məktub göndərdi

Putinin arzuladığı dialoqlar rədd edilir – Şərh

S-400 müəmması: Türkiyə geri addım ata bilərmi?

Ərdoğan Qarabağ Zirvəsi keçirə, birgə ordu qura bilər – Şərh

Qaça bilməyən erməni gənclər Qarabağa sürgün edilir

ABŞ Türkiyəyə qarşı inanılmaz addıma hazırlaşır

Dilqəm Əsgərov və Şahbaz Quliyevdən yeni xəbər

Bu ərazilər Ermənistandan alındı - İrəvan şokda

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla