Yuxarı

Əliyev-Putin görüşü sübut etdi ki, Bakı regionda... - BAMF

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə Soçidə görüşünə hər iki ölkə arasında əlaqələrin tarixi rakursundan baxmaq lazımdır. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Rusiya ilə əməkdaşlığın qorunub saxlanması və möhkəmlənməsi ölkəmizin xarici siyasətinin prioritetlərindən biri olub. Bu sahədə ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Məhz Ulu Öndər siyasi hakimiyyətə qayıdandan sonra həmin vaxt müəyyən dərəcədə soyuqluğun müşahidə edildiyi Azərbaycan-Rusiya münasibətlərini normallaşdırmağa nail oldu. İki ölkənin qarşılıqlı münasibətləri tarixində yeni səhifə isə Vladimir Putinin Rusiyanın Prezidenti seçilməsindən sonra açılıb. Fərəhli haldır ki, müasir mərhələdə dövlətlərimizin başçıları bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldə biliblər.

Axar.az xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev Azərtac-a açıqlamasında deyib.

“Qeyd etmək yerinə düşər ki, Rusiya Prezidentinin Bakıya, Azərbaycan Prezidentinin isə Moskvaya mütəmadi səfərləri bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verib. Bu səfərlər çərçivəsində ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilir, əsas beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılır. Görüşlərin yekunlarına əsasən iqtisadiyyat, energetika və humanitar sahələr üzrə hər iki ölkənin ictimaiyyətini maraqlandıran vacib qərarlar qəbul edilir. Xatırlayıram ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin respublikamıza son səfəri barədə danışarkən qeyd etmişdi ki, bu səfər münasibətlərimizin strateji və dostluq xarakterini, bizim dost və tərəfdaş olduğumuzu bir daha təsdiqləmişdir. Zənnimcə, burada şərhə ehtiyac yoxdur. İndiki halda da Prezident İlham Əliyevin Rusiyada Prezident Vladimir Putin ilə görüşməsi, regional və qlobal məsələləri müzakirə etməsi gündəmin ilk xəbəri olmaqla yanaşı, həm də Azərbaycanın regionda əhəmiyyətini bir daha göz önünə qoyur. Azərbaycan həqiqətən də regionda söz sahibi ölkələrdən biridir”, - deyə U.Mirzəyev bildirib.

BAMF-ın prezidenti deyib ki, Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir. Biz ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edirik. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycanın regionlararası əlaqələri səmərəli və dinamik inkişaf edir. Əslində bu həm də Soçi görüşünün hansı əhval-ruhiyyədə keçdiyini əminliklə deməyə əsas verir.

Tarix
2017.07.23 / 13:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla