Yuxarı

Millət vəkili erməni əsgərə acıyanları sərt qınadı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisində düşmən ölkənin əsgəri aldığı güllə yarasından həlak olub. Bu gün isə bəzi Azərbaycan saytları həmin əsgərin şəklini verməklə yanaşı, sızıltı ilə onun ailənin tək oğlu olduğunu da vurğulayıblar.

Axar.az xəbər verir bu haqda millət vəkili Aydın Mirzəzadə yazıb.

Millət vəkili bəzi saytların düşmən əsgərinin şəklini və onun ailə vəziyyətini nə məqsədlə dərc etdiyini heç cür başa düşmədiyini qeyd edib:

“Həmin əsgər düşməndir, o mənim torpağımda işağlı davam etdirməkdən ötrü gəlib və hər an Azərbaycan əsgərini öldürməyə hazır olub, üstəlik, dövlətinin ondan istifadə etməsindən xəbərdar olub.

İki yaşlı Zəhra Quliyevanı və onun nənəsini öldürən, mərmini atan əsgərlər də ailənin tək oğlanları idi. Ancaq onların hamısı düşmən ordunun əsgərləridir və torpaqlarımızı işğalda saxlayırlar. İlin əvvəlində işğalçı erməni əsgərinin Moskvada yaşayan bacısı sosial şəbəkədə bir status paylaşmışdı. O, Qarabağda ölən qardaşının evin tək oğlu olduğu bildirərək onun qisasını Moskada yaşayan azərbaycanlı oğlanlardan alacağını elan etmişdi.

İndi biz ölən düşmən əsgəri üçün göz yaşı tökməliyikmi, onun ailəsi ilə ürəyimizdən qara qanlar axmalıdır? Onun düşmən əsgəri olmasını niyə yaddan çıxarırırq?

Düşmən əsgərinın itkisinə ürək yanğısı ilə yanaşmaq, onun şəklini və tərcümeyi-halının xırdalıqlarının verilməsi heç də hərbi-vətənpərvərlik hisslərinin təbliğinə kömək etmir. Bu cür informasiyalar sabahkı gənc əsgərlərdə düşmənə nifrət hissini formalaşdırmır, onun sabah cəbhə xəttində mətin qulluğuna kömək etmir”.

Tarix
2017.08.15 / 13:42
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla