Yuxarı

Bakının “London taksiləri" çökür - Şok elan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən "Avroviziya" musiqi yarışması ərəfəsində paytaxta gətirilən "London taksisi" xidməti böhran dövrünü yaşayır.

Axar.az-ın "Bakı Taksi" MMC-dəki mötəbər mənbədən əldə etdiyi xəbərə görə, "bənövşəyi" taksilərin sürücüləri kütləvi şəkildə işləməkdən imtina edirlər. Mənbə deyir ki, əmək haqlarının azlığı, gündəlik plan, yanacaq xərcləri sürücüləri müflisləşdirib. Ona görə də "London taksiləri"ndə işləyənlər bir-bir maşınları şirkətə təhvil verirlər.

Mənbə qeyd edir ki, şirkət yaranmış krizisdən çıxmaq üçün şəhərin ictimai nəqliyyatında, müxtəlif yerlərində elan verməyə başlayıb.

Belə ki, əməkdaşımız "Koroğlu" metrosundan Mərdəkan istiqamətinə işləyən avtobusların birində sözügedən elanın şahidi olub. Elanda qeyd olunub ki, "London taksi avtomobillərində işləmək üçün peşəkar sürücü tələb olunur. Tələsin, iş yerlərinin sayı məhduddur".

Mənbə isə bildirir ki, heç də yer məhdudiyyəti yaşanmır. Sadəcə, taksilər şirkətin qarajında istifadəsiz qalıb, firma ziyanla işləyir.

Tarix
2014.06.15 / 14:49
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla