Yuxarı

Nazir müəllimlərin maaş artımından danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan məktəb sistemində fəaliyyət göstərən 170 minə yaxın müəllimin təxminən 4 faizi 1-5 saat dərs yükünə malikdir"

"Axar.az"ın "APA"ya istinadən xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Şurasının ümumi yığıncağındakı çıxışında deyib. Nazir bildirib ki, bu gün bəzi məktəblərdə müəllim sıxlığı yüksəkdir, bəzilərində isə müəllim çatışmır. Onun sözlərinə görə, kifayət qədər sadə optimallaşdırma tədbirlərini həyata keçirməklə müəyyən məsələlərin həllinə nail olmaq olar.

M.Cabbarov qeyd edib ki, Azərbaycan məktəb sistemində fəaliyyət göstərən 170 minə yaxın müəllim ordusunun təxminən 4 faizi 1-5 saat dərs yükünə malikdir: "Bu kimi məsələlər və məhdudiyyətlər bizə imkan verir ki, optimallaşdırmanı tez bir zamanda həyata keçirə bilək. Hazırda da ümumi təhsil sistemində müəllimlərin əmək haqlarının artırılması və optimallaşdırma istiqamətində müəyyən işlər aparılır".

Nazir qeyd edib ki, təhsilverənlə, təhsilalan arasında ünsiyyətin təbiətinin də dəyişilməsi lazımdır: "İllərlə, on illərlə vərdiş olunmuş işə yanaşmaların yenidən baxılması və yeni məzmunun məqsədindən necə istifadə etmək əsasdır. Təhsil sistemində mövcud olan müəllim ordusu, ali məktəblərdə, orta ixtisas təhsildə yeni məzmunun, məqsədlərin nədən ibarət olduğunu çatdıra bilirikmi və bu gündəlik fəaliyyətdə nə kimi məsələlər tələb edirikmi? Bu kimi suallara cavab tapılmalıdır".

Tarix
2013.11.22 / 13:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla