Yuxarı

Moskvanın iflasa uğrayan BTQ planı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Tiflis-Qars dəmir yolu xətti layihəsinin iqtisadi tərəfləri ilə yanaşı, siyasi əhəmiyyəti də olduqca böyükdür.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili layihənin siyasi tərəflərinin Bakı üçün önəmindən söz açıb:

“Bu gün Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılışı Azərbaycanın stabil və təhlükəsiz bir dövlət olduğunu bir daha sübuta yetirdi. Əslində, layihənin Azərbaycanda fəaliyyət göstərməsinə xeyli dövlət maraq göstərib. Bu fonda layihənin reallaşması ölkəmizə olan bu marağı daha da artıracaq. Bu gün BTQ-nin həyata keçməsində Bakının ən böyük siyasi uğuru İrəvanın bu layihədən kənarda qalmasıdır. Hətta Moskva nə qədər çalışsa da, bununla bağlı planını gerçəkləşdirə bilmədi. Mühüm siyasi, iqtisadi qələbəmiz münasibətlə bütün xalqımızı təbrik edirəm”.

Qeyd edək ki, tikintisinə 2007-ci ildə başlanılmış və “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti bu gün istifadəyə verilib. Bakıda keçiriləcək açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Baş naziri Bakıtjan Saqintayev, Özbəkistan Baş naziri Abdulla Aripov, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili və s. iştirak ediblər.

BTQ dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 840 km-dir. Marşrutla ildə bir milyon sərnişin və 6,5 milyon ton yük daşınması, gələcəkdə isə bu rəqəmin 50 milyon tona çatdırılması nəzərdə tutulur. Əsas sərmayəçisi Azərbaycan olan layihədən ölkəmizin ilkin olaraq 50 milyon dollar gəlir əldə edəcəyi gözlənilir.

Tarix
2017.10.30 / 16:14
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla