Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Noyabr 2017


Şimali Qafqaz Rusiyadan ayrıla bilər - Bu şərtlərlə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jirinovski Şimali Qafqazda separatçılıq meyillərinin artdığını və 2025-2030-cu illərdə Şimali Qafqazın Rusiyadan ayrılacağını söyləyib. Jirinovskinin çıxışında iki amil - türkçülük və din amilinin Şimali Qafqazda separatizmə rəvac verəcəyi qeyd olunur. O, həm də Şimali Qafqaza kifayət qədər maliyyə dəstəyinin olduğunu bildirib. Ümumiyyətlə, Şimali Qafqazın Rusiyanın tərkibindən çıxma ehtimalı varmı? Bu proses baş tutsa, bölgədə yeni müharibə ocaqları yarana bilərmi?

Məsələ ilə bağlı politoloq Nəzakət Məmmədovanın Axar.az-a müsahibəsini təqdim edirik:

- Şimali Qafqazın Rusiyadan ayrılması prosesi baş verə bilərmi?

- Dünya tarixi, xüsusən də son illərdə ayrı-ayrı bölgələrdə intensivləşən separatizm halları onu göstərir ki, ərazisində başqa xalqların yaşadığı multietnik dövlətlərin heç biri separatizm təhlükəsindən sığortalanmayıb. Müəyyən səbəblərdən etnik, dini qruplar tərkibində olduqları dövlətdən ayrılaraq ya müstəqil olmaq, ya da başqa dövlətə birləşmək istəyirlər. Bu proses isə bir qayda olaraq qarşıdurma, hətta vətəndaş müharibəsi ilə nəticələnir. Konkret olaraq, Rusiya özü ötən onilliklərdə Çeçen müharibələrinin timsalında bu halla üzləşib. Şimali Qafqaz isə Rusiyanın həssas, separatizm ocaqlarından biri kimi qalır. Hətta Rusiya paytaxtında və digər böyük şəhərlərində törədilən terror aktlarının burada hazırlandığı qeyd olunub.

- Jirinovski bəyanatında niyə məhz Şimali Qafqaz regionunun Rusiyadan ayrılacağını bildirib?

- Burada bir neçə səbəb var: Şimali Qafqaz Rusiyaya könüllü birləşməyib, dağlılarla çar ordusu arasında uzun illər müharibədən sonra ərazilər zorla Rusiyaya tabe etdirilib, din, dil, mədəniyyət baxımından tamamilə fərqli xalqlardır. Regiona müəyyən xarici təsirlərin olması istisna edilmir. Gələcəkdə regionda separatizm meyillərinin daha da güclənməsi ehtimalı isə bir neçə səbəbdən həm güclənə, həm də əksinə, getdikcə zəifləyə bilər. Yəni bu, separatizmi alovlandıran bir çox amillərin olmasından asılıdır. Həmin dövrdə Rusiyanın nə qədər güclü, beynəlxalq siyasətdə və daxildə nüfuzunun hansı dərəcədə olması buna birbaşa təsir edəcəkdir. Çünki separatizm adətən bir dövlət zəifləyən zaman daha çox özünü büruzə verir, daxili və xarici qüvvələr ölkənin zəifləməsindən istifadə edərək onu parçalamağa, separatçı qüvvələr ondan ayrılmağa çalışır.

- Rusiya bu prosesin qarşısını necə ala bilər?

- Rusiya öz qüdrətini artırarsa - Putin indi buna çalışır - o zaman Şimali Qafqazda separatizm olsa belə, yerindəcə boğulacaqdır. Yox, sanksiyalar və başqa vasitələrlə Rusiyanın zəiflədilməsi davam etdirilərsə, o zaman nəinki Şimali Qafqaz, hətta başqa bölgələrdə də mərkəzdənqaçma halları baş verə bilər. Lakin nə olursa-olsun, separatizm hər bir çoxetnoslu ölkə kimi, Rusiyanın da başının üstündə bir “Domokl qılıncı” kimi qalır. SSRİ-nin parçalanması necə etnik münaqişələrdən başladısa, Rusiyanın da eyni yollarla parçalanması baş verə bilər.

- Jirinovskinin arqumentləri ilə razılaşmaq olarmı?

- Xeyr. Çünki o, burada Türkiyənin separatizmi maliyyələşdirdiyini qeyd edir və s. Əvvəla, bu inandırıcı deyil. Rusiyada əsasən FETÖ tərəfdarları müəyyən fəaliyyətlə məşğul olurdular və sonra Rusiya bunun qarşısını aldı. Yəni, Türkiyənin özünün də əməllərindən zərər gördüyü, xaricdən idarə olunan bir təşkilatın fəaliyyətini Türkiyə dövlətinin adına yazmaq doğru deyil. Türkiyənin Rusiyada separatçılığı dəstəkləməsi həm də ona görə mümkün deyil ki, hazırda bu ölkə həm öz daxilindəki separatizmlə mübarizə aparır, eyni zamanda, Yaxın Şərqdə gedən proseslərə bilavasitə cəlb olunub və bütün gücünü onun qarşısını almaq üçün səfərbər edib. Türkiyənin əsas problemi Yaxın Şərqdəki proseslərdən ərazi itkisinə məruz qalmadan, zərərsiz çıxmaqdır. Eyni zamanda, proseslərin öz milli maraqlarına uyğun şəkildə istiqamətlənməsi də əlbəttə ki, onun maraqları çərçivəsindədir. Hazırda Türkiyə və Rusiya çox yaxın tərəfdaşlıq münasibətləri qurublar. Rusiyanın zəifləməsi və parçalanması Türkiyənin maraqlarına cavab vermir. Əksinə, o, Avrasiyada Rusiya kimi bir taktiki müttəfiqinin və strateji tərəfdaşının olmasını daha çox istəyir.

- Maraqlıdır, Rusiya və Türkiyə prezidentləri son bir ildə dəfələrlə görüş keçiriblər, iki ölkə arasında siyasi, hərbi, iqtisadi-ticarət əlaqələri genişlənib. Bu iki ölkə arasındakı münasibətlərin gedişi hansı formatda davam edəcək?

- ABŞ və Avropa ilə münasibətləri zəifləyən Türkiyə avrasiyaçılıq ideologiyasını da istisna etmir və həm Türkiyədə, həm Rusiyada bunun güclü tərəfdarları var. Xüsusən, bu, artıq Kremlin rəsmi ideologiyasına çevrilib və əgər Türkiyə də bu cür davam edərsə, iki ölkə bundan da yaxın münasibətlər qura bilərlər. Belə olan halda Türkiyənin ümumiyyətlə Şimali Qafqaza hər hansı formada müdaxiləsi istisna edilir.

- Jirinovski Şimali Qafqazın Rusiyadan ayrılmasına din amilinin də təsir edəcəyini bildirib…

- Sirr deyil ki, bu məsələdə Səudiyyə Ərəbistanı ittiham olunurdu. Lakin bu ölkənin də son dövrlərdə Rusiya ilə xeyli yaxınlaşması, eyni zamanda, rəsmi şəkildə mülayim islama dönəcəyini bəyan etməsi onun radikal hərəkatlara verdiyi dəstəyi azaldacağını düşünməyə əsas verir. Əsas təhdid İŞİD tərkibində vuruşmuş, radikallaşmış şəxslərin geri dönməsi və vaxtında aşkarlanıb cinayət məsuliyyətinə cəlb olunmazsa, burada törədəcəyi terror aktları ola bilər.

Tarix
2017.11.15 / 09:07
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
loading...
Digər xəbərlər

"Reket"lərlə mübarizə: Media kapitanları danışdı - Video

İlham Əliyev sərəncam imzaladı

Lavrov Bakıda kimlərlə görüşəcək - XİN

Qarabağ həlli mümkün olmayan problemdir? – Malaşenko

Putinin əsas planı: Türkiyə ilə yaxınlıq səbəbi...

Lavrovun Bakı səfəri: bu, müharibədən yaxşıdır – Deputat

Putinlə Qarabağı müzakirə etdik, 5 rayon… - Ərdoğan

Moskva və Ankaranın “Qarabağ testi” - Şərh

Ərdoğan-Putin görüşü: Bu şəhər azad olunur

Bu gün Milli Dirçəliş günüdür

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla