Yuxarı

Qərb Türkiyədən niyə bu qədər ehtiyat edir – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeganə məqsəd Türkiyəni zəiflətmək, qardaş ölkəyə yeni problemlər yaratmaqdır.

Bu sözləri Axar.az-a son zamanlar Türkiyə ilə ABŞ arasında silahla bağlı yaşanan gərginlik haqda danışan politoloq Rufiz Qonaqov qeyd edib. Politoloq bildirib ki, Qərbin Türkiyəyə qarşı hansısa silah məsələsini ortaya ataraq bəhanə axtarması çox absurddur:

“Yeganə məqsəd Türkiyəni zəiflətmək, qardaş ölkəyə yeni problemlər yaratmaqdır. Xüsusilə də Türkiyə və Rusiyanın yaxınlaşması və bunun hər iki dövlətin maraqlarına cavab verməsi bəzi dairələri ciddi narahat edir. Bu gün Rusiya Türkiyə, Türkiyə isə Rusiya vasitəsilə böyük turizm, ticari və iqtisadi əlaqələrə malikdir. Türkiyə heç bir beynəlxalq təşkilat qarşısında öhdəlik götürməyib ki, hansısa ölkə ilə iqtisadi və siyasi əlaqələri genişləndirməsin. Əgər bu, Türkiyənin maraqlarına uyğundursa, edəcək. Türkiyənin Ərdoğana qədərki tarixinə nəzər yetirsək, beynəlxalq təşkilatlar və digər ölkələr bu ölkəyə qarşı həmişə istədikləri siyasəti yürüdüblər. Ərdoğan yalnız Türkiyənin maraqlarına cavab verən addımlar atır. Bu gün Türkiyənin iqtisadiyyatı güclənir. Ona görə də Türkiyə üçün silahın Rusiyadan və ya NATO-dan alınmasının heç bir fərqi yoxdur. Əgər Türkiyəyə özünü müdafiə etmək üçün silah verilmirsə, o zaman qardaş ölkənin onu başqa ölkədən alması çox normal bir addımdır. Hesab edirəm ki, son zamanlar Türkiyəyə qarşı addımlar sadəcə bəhanələrdir. Aydın məsələdir ki, Qərb və ABŞ Türkiyənin güclənməsini istəmir. Demək, Türkiyənin gücündən və nüfuzundan qorxurlar”.

Qeyd edək ki, ABŞ Rusiyadan S-400 raket kompleksini aldığına görə Türkiyəyə F-35 təyyarələrini satmaqdan imtina edib.

Tarix
2017.11.24 / 09:07
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla