Yuxarı

Avropa Parlamenti ilə anlaşılmazlıqlar olsa da... - Spiker

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 18-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin deputatı Yan Zahradil ilə görüşüb.

Axar.az xəbər verir ki, Oqtay Əsədov Yan Zahradili təmsil etdiyi alyansa növbəti dəfə rəhbər seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. O, ötən ilin fevral ayında qonağın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə aparılan fikir mübadiləsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Yan Zahradilin başçılıq etdiyi alyansın Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə əlaqələri və nümayəndə heyətimizin üzvlərinin alyansın təmsilçiləri ilə beynəlxalq təşkilatlarda mütəmadi görüşləri təqdirəlayiqdir.

Sədr istər AŞPA-da, istərsə də Avropa Parlamentində alyansın üzvlərinin Azərbaycana yanaşmada obyektiv mövqe tutmasını yüksək dəyərləndirib. Bildirilib ki, ölkəmiz Avropa İttifaqı və onun qurumları ilə əməkdaşlığın hərtərəfli inkişafında maraqlıdır. Spiker ümidvar olduğunu söyləyib ki, bu səfər də münasibətlərimizi daha da dərinləşdirmək baxımından əhəmiyyətli olacaq.

Yan Zahradil ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını deyib. Qonaq rəhbərlik etdiyi alyansın və Avropa Parlamentinin Cənubi Qafqazın bu bölgəsinə böyük maraq göstərdiyini söyləyib. Qeyd edilib ki, müxtəlif dönəmlərdə Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlərdə müəyyən anlaşılmazlıqlar olsa da, tezliklə bu məsələlər aradan qaldırılıb, əlaqələrimizdə yeni dönəm başlayıb.

Qonaq rəhbərlik etdiyi alyansın ölkəmizlə bağlı məsələlərə həssaslıqla yanaşdığını xüsusi vurğulayıb. Bildirilib ki, bölgə həqiqətlərinin olduğu kimi Avropa ictimaiyyətinə çatdırılması çox önəmlidir.

Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər barədə danışılıb.

Tarix
2017.12.18 / 18:51
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla