Yuxarı

ABŞ ağır zərbə aldı: Ankaraya qarşı sərt siyasət başlayır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Baş Assembleyasında keçirilən Qüds müzakirəsi ABŞ-ın beynəlxalq münasibətlərdəki roluna çox ağır zərbə vurdu. Bu, dünyada ABŞ-ın mövqelərini ciddi surətdə zədələyəcək. Bu zədələmə prosesindən sonra ABŞ-ın dünya siyasətinə təsir imkanları da zəifləyəcək. Bu da ABŞ-ın dünya düzəninə verdiyi töhfəyə ciddi xələl gətirə bilər.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı qərarının rədd edilməsindən sonra ABŞ-ın Türkiyəyə qarşı siyasətinin necə olacağı ilə bağlı məsələni şərh edərkən deyib. O bildirib ki, əgər ABŞ bu mövqeyindən əl çəksə, onda münasibətlərin normallaşması istiqamətində ciddi dönüş olacaq:

“Ancaq bunun əksi davam edərsə, Türkiyəyə qarşı ABŞ-ın xüsusi təxribatlar həyata keçirdiyini müşahidə edəcəyik. Bu təxribatların başında Türkiyənin NATO-dan uzaqlaşdırılması, Türkiyəyə qarşı müəyyən iqtisadi sanksiyaların tətbiqi yer ala bilər. Ancaq bunu da qeyd etməliyəm ki, iqtisadi sanksiyaları tətbiq etmək üçün ABŞ-ın əlində hər hansı bir əsas yoxdur. Amma ABŞ hər zaman Türkiyəyə qarşı silahların satışında bir növ embarqo siyasəti tətbiq edir. Yəni müasir texnologiyaya əsaslanan yeni tipli silahların Türkiyəyə satılmasını qadağan edir. Məsələn, Türkiyə uzun illərdir çalışır ki, ABŞ-dan “Patriot” tipli hava hücumundan mübarizə sistemləri ala bilsin. Amma ABŞ Türkiyənin bu istəyini həyata keçirmədiyi üçün Türkiyə üzünü Rusiyaya çevirdi. Rusiyadan S-400 zenit raket komplekslərini almaq üçün razılaşdı”.

Politoloq qeyd edib ki, ABŞ Avropa ölkələrini də Türkiyəyə qarşı addımlar atmağa təhrik edə bilər:

“Onsuz da Avropa Birliyi ilə Türkiyənin münasibətləri yaxşı deyil. Doğrudur, Avropa Birliyinin Türkiyə ilə müzakirələri davam edir. Amma bu müzakirələr çox sönük və uzun fasilələrlə həyata keçirilir. Ona görə də hətta müzakirələri dayandırmaq üçün ABŞ təşəbbüs göstərə bilər”.

Politoloq vurğulayıb ki, ABŞ həmçinin Qüds müzakirəsində ABŞ-a qarşı səs verənlərə maliyyə yardımını dayandıracağı ilə bağlı da hədələmişdi:

“Elə bu sanksiyalar Türkiyəyə də tətbiq edilə bilər. Ancaq Trampın siyasətinin dalana dirəndiyi göz qabağındadır. Xüsusilə Qüdslə bağlı addımı tamamilə fiaskoya uğrayıb. Bu proses həm də Trampa qarşı impiçment siyasətinin tezləşməsinə gətirib çıxara bilər. Onsuz da Rusiya ilə əlaqələrin araşdırılması məqsədilə xüsusi prokuror təyin edilib və o, Rusiya ilə Trampın əlaqələrini sübuta yetirəcək faktlar toplamaqdadır. Əgər bu faktlar tapılsa, impiçment prosesi başlaya bilər”.

Qeyd edək ki, BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı qərarı rədd edilib. Qətnamənin lehinə 128, əleyhinə 9 səs verilib, 35 ölkə bitərəf qalıb, 20 dövlət isə ümumiyyətlə səsvermədə iştirak etməyib.

Tarix
2017.12.24 / 10:44
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla