Yuxarı

Azərbaycan kəndlilərinin köçürülməsi ilə bağlı 200 milyon ayrıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstan rəhbərliyi Azərbaycanın iki kəndinin - Xraxoba və Uryanoba kəndlərinin sakinlərinin respublikaya köçürülməsi məqsədilə 2018-ci ildə 210 milyon rubl ayıracaq.

Report xəbər verir ki, bu barədə Dağıstanın İqtisadiyyat və Ərazi İnkişafı Nazirliyindən bildiriblər.

"2018-ci ildə Xraxoba və Uryanoba kəndlərinin sakinlərinin Azərbaycandan Dağıstan ərazisinə köçürülməsi məsələsinin tamamilə həll ediləcəyi gözlənilir. Bu məqsədlə 2018-ci ildə 210,5 milyon rubl məbləğində vəsait nəzərdə tutulub ki, bunun da 200 min rublu federal büdcədən ayrılacaq", - Nazirlikdən qeyd ediblər.

2017-ci ildə Xraxoba və Uryanoba kəndlərinin 370-dən çox sakini mənzil almaq üçün birdəfəlik ödənişlər vasitəsilə köçmək istəyini bildiriblər. Siyahıda Xraxoba kəndinin 366 (135 ailə) və Uryanoba kəndinin isə 11 sakini (3 ailə) yer alıb.

Qeyd edək ki, Xraxoba və Uryanoba kəndləri Azərbaycanın ərazisində, Rusiya ilə sərhəddən 60 km məsafədə yerləşirlər. Kəndlərin salındığı ərazi XX əsrin ortalarında otlaq ərazi kimi Dağıstan MSSR-ə icarəyə verilib. İcarə müddəti 2004-cü ildə sona çatıb, ancaq Rusiyanın rəsmi vətəndaşları olan sərhəd kəndlərinin sakinləri oranı tərk etmək istəməyib.

2010-cu ilin sentyabr ayında Rusiya və Azərbaycan ərazilərin mənsubiyyəti ilə bağlı bütün məsələlər üzrə razılığa gələrək dövlət sərhədi haqqında saziş imzalayıblar. 2013-cü ilin avqust ayında isə Rusiya prezidenti Vladimir Putin Azərbaycanda yaşayan həmin Rusiya vətəndaşlarının köçürülməsinə dair tapşırıq verib.

Tarix
2018.01.10 / 19:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla