Yuxarı

Türkiyədən Afrinə öldürücü zərbə: ABŞ siyasətini dəyişdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda ABŞ Yaxın Şərq siyasətini birmənalı olaraq yalnız öz maraqlarına uyğun qurur.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, ABŞ və Türkiyənin NATO-ya üzv ölkələr olmasına baxmayaraq, son dövrlərdə ABŞ-ın Türkiyəyə qarşı həyata keçirdiyi siyasət bu təşkilatın prinsiplərinə ziddir:

“ABŞ-ın Yaxın Şərq siyasətinə nəzər salsaq görərik ki, bu ölkənin hansısa beynəlxalq təşkilatın maraqlarını nəzərə almaqla addımlar atacağı inandırıcı görünmür. Digər tərəfdən ABŞ Türkiyə-Suriya sərhədinə qoşun hissələri toplamaqla, PYD-YPG qüvvələrinə silah yardımları etməklə, Suriyanın şimalında yerləşən müəyyən məntəqələrdə ən azından öz nüfuzunu, mövcudluğunu qorumağa çalışır”.

Analitikin sözlərinə görə, Suriyada gedən son proseslər nəticəsində bu bölgədə mənzərə dəyişib:

“Çünki artıq burada İranın, Rusiyanın ciddi mövqeləri var. Ümumiyyətlə, Əsədin hakimiyyətdə qalması, İŞİD-in sıradan çıxması bütövlükdə Yaxın Şərqdə münaqişə edən tərəflər arasında güc balansını pozdu. Bu balans hazırkı dönəmdə ABŞ-ın lehinə deyil. Əlavə olaraq, Türkiyə “Fərat qalxanı” əməliyyatından sonra Suriyanın şimalında mövqelərini gücləndirdi, eyni zamanda ardıcıl şəkildə kürd seperatçı qruplaşmalarına zərbələr endirdi. Bu da ABŞ-ın regionda müttəfiqi halını almış kürd qruplaşmalarını arxa plana keçirdi, onların bu bölgədə mövqelərini kifayət qədər zəiflətdi. ABŞ həm də bu səbəbdən bölgədə öz müttəfiqlərinə dəstək vermək məcburiyyətində qaldı”.

Analitik vurğulayıb ki, Türkiyə tərəfinin artıq Afrin əməliyyatlarına başladığını deyə bilərik:

“Türkiyə tərəfindən seperatçı terror təşkilatlarına öldürücü zərbələrin vurulması, bütün bunların fonunda ABŞ-ın Yaxın Şərq siyasətini belə dəyişməsi o qədər də təəccüblü olmadı”.

Tarix
2018.01.19 / 07:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla