Yuxarı

Əgər Türkiyə bu əməliyyatı uğurla başa çatdırarsa… - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə, İran və Rusiya prezidentlərinin apreldə gözlənilən üçtərəfli görüşü hələ ki, ehtimaldır.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. Analitik bunun səbəbini aprelə qədər regionda və dünyada tərəflərin münasibətlərinə təsir göstərə biləcək hadisələrin baş verə biləcəyi ilə izah edib:

“Türkiyə Suriya ərazisində “Zeytun budağı” əməliyyatı həyata keçirir. Bu, türk əsgərinin son illər ərazində həyata keçirdiyi ən geniş hərbi əməliyyatdır. İran və Rusiya “Zeytun budağı” əməliyyatı və Türkiyənin Suriyadakı hərbi mövcuduğu ilə bağlı kəskin bəyanatlar verməsələr də, proseslərin Moskva və Tehran tərəfindən narahatlıqla qarşılandığı açıq-aşkar hiss olunur. Əgər Türkiyə “Zeytun budağı” əməliyyatını uğurla başa çatdırarsa, şübhəsiz ki, bu, Ankaranın həm regional, həm də beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirəcək”.

E.Mirzəbəyli bildirib ki, əməliyyatlar aprel ayına qədər başa çatarsa, o zaman üçtərəfli görüşün baş tutacağını və nəticə etibarilə Ankaranın maraqlarının təmin ediləcəyini gözləmək olar:

“Son dövrlərdə Suriya böhranı çərçivəsində diqqəti cəlb edən önəmli məqamlardan biri də İsraillə İran arasındakı ritorikanın güclənməsidir. İranın Suriyadakı hərbi bazaları haqqında yayılan məlumatlar və İsrailin bu bazaları özünə təhlükə etdiyini bildirməsi Təl-Əvivin də Suriyaya açıq müdaxilə edə biləcəyi ehtimalını yarada bilər. Belə olduğu təqdirdə isə Suriya böhranın mahiyyətində ciddi dəyişikliklərin baş verəcəyi istisna deyil”.

Qeyd edək ki, Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov apreldə Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putinin görüşü üçün hazırlıqların aparıldığını bildirib.

Tarix
2018.02.21 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla