Yuxarı

Seçkiqabağı Ermənistanın nağılbazlığı... - XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkiqabağı dövrdə Ermənistan rəhbərliyinin nağılbazlığı yalnız daxili istehlaka ünvanlanıb.

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın çıxışını şərh edərkən bildirib.

H.Hacıyev qeyd edib ki, Ermənistan xarici işlər nazirinin nağıllara müraciət etməsi təəccüblü deyil: "Çünki Ermənistanın mifik nağıllar dünyası əsasında özünə reallıq qurması heç kimə sirr deyil. Ermənistanın iddia etdiyi məntiqsizlik ancaq nağıllarla izah edilə bilər. Seçkiqabağı dövrdə Ermənistan rəhbərliyinin bu kimi nağılbazlığı yalnız daxili istehlaka ünvanlanıb".

XİN rəsmisi əlavə edib ki, BMT TŞ-nin qətnamələrində olduğu kimi, Avropa İttifaqının Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı sammitinin yekun sənədini oxuyub başa düşmək əvəzinə Ermənistan XİN rəhbəri nağıllar və əfsanələrə müraciət edir:

"Avropa İttifaqının Brüssel sammitinin yekun bəyanatında bütün Şərq tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyinə münasibətdə Aİ öhdəliyi bir daha ifadə olunur".

Tarix
2018.02.24 / 00:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla