Yuxarı

Senatorlar Putinin raketindən niyə təşvişə düşdü? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putinin təqdim etdiyi yeni silahların hazırlanması üçün 20-30 il vaxt lazım olacaq.

Bunu Axar.az-a amerikalı senatorların ABŞ Dövlət katibi Reks Tillersona müraciət edərək, onun Moskva ilə təcili danışıqlara başlaması tələbini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, senatorların təşvişə düşməsi üçün ciddi əsas yoxdur:

“Sadəcə olaraq, onlar hesab edirlər ki, sürətli silahlanmaya təkan vermək lazım deyil. Putin isə ölkəsinin “Sarmat” tipli nüvə mühərriki ilə işləyən yeni ballistik raketlər yaratdığını bəyan edib. Bu, əslində Amerikaya bir təzyiq xarakteri daşıyır. Ancaq gələcəkdə belə silahların yaradılması nəzəri cəhətdən mümkündür. ABŞ senatorları da bunu nəzərdə tutaraq Rusiyanın hazırlayacağı yeni nüvə raketlərinin indiyə qədər imzalanmış strateji hücum silahlarının məhdudlaşdırılmasına dair müqavilə çərçivəsinə sığmadığını düşünür. Əslində, Amerika haqlıdır. Çünki yeni nəsil silahlar artıq indiyə qədər imzalanmış müqavilələrdən kənara çıxır. Bundan sonra hazırlanacaq silahlar yeni müqavilə ilə tənzimlənməlidir. Putinin təqdim etdiyi yeni silahların hazırlanması üçün 20-30 il vaxt lazım olacaq. Bütün bunlara baxmayaraq, nüvə silahının məhdudlaşdırılmasına və nüvəsizləşməyə dair Amerika ilə Rusiya arasında imzalanmış müqavilələr düzgün yerinə yetirilmir. Məsələn, qanadlı raketlərin tamamilə sıradan çıxarılması haqqında müqavilə imzalansa da, Rusiya bu raketlərə yenidən müraciət edir. Amerika da buna cavab olaraq qanadlı raketlərin istehsalını genişləndirmək niyyətindədir”.

Politoloqun sözlərinə görə, Rusiya sürətli silahlanmanın yeni bir mərhələsini başlatmaq niyyətindədir:

“Uzaq məsafə üçün nəzərə tutulmasa da, Rusiya taktiki nüvə silahları ilə ABŞ-ın Avropadakı müttəfiqlərini vura bilər. Rusiya həmin silahları Avropanın sərhədlərinə yaxın bölgələrdə - Kalininqrad və Ermənistanda yerləşdirir. Söhbət çox təhlükəli İsgəndər-M və İsgəndər-S orta mənzilli raketlərindən gedir. Bu cür sürətli silahlanma Rusiya da daxil olmaqla, dünya xalqlarının çox çətin bir şəraitdə yaşadığı dövrdə insanların maddi rifah halına mənfi təsir edəcək. ABŞ senatorlarının məqsədi isə yeni sürətli silahlanmanın qarşısını almaqdır. Rusiya ilə Amerikanın bu məsələdə ortaq nöqtəyə gələcəklərini söyləmək çətindir. Hesab edirəm ki, ABŞ sürətli silahlanmanın yeni mərhələsinə tab gətirə bilər. Çünki onun ehtiyatları kifayət qədər çoxdur. Rusiyanı isə bu prosesdə SSRİ-nin taleyi gözləyir”.

Qeyd edək ki, demokrat senatorlar Cef Merkli, Dayan Faynstin, Edvard Marki və müstəqil senator Berni Sanders ABŞ Dövlət katibi Reks Tillersona müraciət edərək, onun Moskva ilə təcili danışıqlara başlamasını istəyiblər.

Senatorlar Tillersona göndərdiyi məktubda tərəflər arasında dialoqun Rusiya Prezidenti Vladimir Putinin 1 mart çıxışından sonra önəmli olduğunu bildiriblər. “Putinin adını çəkdiyi silahlar artıq strateji hücum silahları haqqında razılaşma ilə məhdudlaşmır. Bu silahlar genişlənəcəyi təqdirdə situasiya gərginləşəcək. Əgər razılaşmanın müddətini uzatsaq, Rusiyanın nüvə silahı limitinə necə əməl etdiyini nəzarətdə saxlamış olacağıq”, - məktubda qeyd edilib.

Tarix
2018.03.10 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla