Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 İyul 2018


Türkman cəbhəsinin lideri: Həlledici dövr başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda 12 may tarixində keçirilməsi planlaşdırılan parlament seçkiləri ilə bağlı təşviqat kampaniyalarına rəsmi olaraq dünən start verilib.

Axar.az Milliyyətçi Türkman Hərəkatı, Türkmaneli, Türkman Qərar, İslami Türkman Vəfa Hərəkatı və İraq Türkman İslami partiyalarını özündə birləşdirən İraq Türkmanları Cəbhəsinin lideri Ərşad Salehi ilə müsahibəni təqdim edir:

– Uzun müddətdir ki, böyük bir həvəslə gözlənilən seçki kampaniyası dövrü start götürdü. Son dövrlərdə İraq türkmanlarına edilən hücum və təxribatlar səngimək bilmir. Bütün bunlara hazırsınızmı?

– Nə qədər İraq türkmanlarının seçki kampaniyasında uğur qazanmaması üçün törədiləcək təxribat varsa da, biz bütün bunlara tam hazırıq. Bilirsiniz ki, son dövrlərdə İraq Türkman Cəbhəsinin üzərinə çox hücumlar oldu. Hazırda biz gözləməkdəyik. İndi daha güclü bir möqvedə olduğumuzdan hər hansı bir təxribat və ya terrorun mütləq baş verəcəyindən əminik. Bəzi siyasi qruplar bizimlə anlaşma əldə etmədiyi zaman mütləq türkmanları hədəf alacaq. Lakin biz İraq Türkman Cəbhəsi olaraq, bu seçkilərə çox yaxşı hazırlaşmışıq. Kərkükdəki bütün türkman partiyalarını siyahıya alaraq, vahid birlik altında birləşdirdik. Odur ki, sizin də bildiyiniz kimi, bütün türkman partiyaları vahid birlik halında seçkilərə girəcək.

– Bu dəfə seçkilərə vahid cəbhə olaraq qoşuldunuz. Vahid cəbhənin lideri olaraq hansı məsuliyyəti hiss edirsiniz?

– Hiss etdiyimiz məsuliyyət türkman coğrafiyasını qorumaq, bir-birindən qopmuş vəziyyətdə olan türkman elini birləşdirmək, türkmanların birliyini təmin etməkdir. Bütün addımlarımızı bu məsuliyyəti dərk edərək atırıq.

– Türkmanların parlament seçkilərdəki iştirakından razısınızmı? Vahid cəbhə yaradıldıqdan sonra seçicilərin fəallaşacağı gözlənilirmi?

– Budəfəki seçkilərdə türkman qardaşlarımızın iştirakının daha fəal olacağını düşünürəm. Çünki onları üç mühüm problemdən azad etdik – “Kürdüstan” deyilən ərazinin bayraq böhranını Kərkükdə ləğv etdik, dövlətin qanuni müəssisələrini Kərkükə gətirdik, vali Nizməddin Kərimin həbsi qərarını çıxartdırdıq. Bundan sonra o, Kərkükdən qaçmağa məcbur oldu. Bu üç önəmli addımı öz doğma millətimiz üçün atdıq. Və onlardan tək gözləntimiz bu parlament seçkilərində fəal iştirak etmələridir.

– Seçkilərdən gözləntiniz nədir? Neçə millət vəkilinə ehtiyacınız var?

– Seçkilərdən gözləntimiz Kərkükdən beş millət vəkilinin seçilməsidir. Bütün İraq türkmənlərindən isə 12-13 millət vəkilinin seçilməsini hədəfləyirik. Bu, əlbəttə ki, böyük rəqəm deyil, amma mən sayımızı nəzərə alaraq, bundan artığını dilə gətirmək istəmirəm. Çünki yaşanan problemlər və terror aktları səbəbindən türkman qardaşlarımızın çoxu Türkiyəyə və digər xarici ölkələrə köç etdiyinə görə seçkilərdə iştirak edə bilməyəcək. Lakin 12-13 nəfər parlament üzvü seçilərsə, biz parlamentdə türkman fraksiyası yaradarıq və bu qrup türkmanların hüquqlarının müdafiəsini təmin edər. Çünki xalqın durumu yaxşı deyil, çoxsaylı iqtisadi problemlərlə üz-üzədir, dövlət dairələrində təmsilçilik yoxdur, şəhid ailələrinin hüquqları təmin olunmur. Bu, bizim öhdəliyimizə düşən vəzifədir. Bu səbəbdən də yaxın gələcəkdə bu problemləri aradan qaldırmaq məsuliyyətini öz çiyinlərimizdə hiss edirik.

Azərbaycana da burdan salamlarımızı yetiririk! Azərbaycandakı qardaşlarımızdan öz dəstəklərini əsirgəməmələrini rica edirik.

Tarix
2018.04.16 / 09:00
Müəllif
Rəfiqə Əlisafa
Şərhlər
Загрузка...
Digər xəbərlər

Paşinyanın siyasi rəqqaslığı: Rusiya dözməyəcək...

Tarixi ədalət: Hələb Türkiyənin nəzarətinə keçərsə... - Şərh

Putinin Trampa "separat" təklifi: real ola bilərmi?

Konstitusiya Məhkəməsi növbəti iclasını keçirdi

Mədəniyyət naziri jurnalistləri təbrik etdi

Nüvə fəlakətinin izləri aşkar edildi: Şərabda...

"Qarabağla bağlı Fransanın mövqeyi ondan ibarətdir ki..."

Zakir Həsənov vacib tapşırıqlar verdi

Əliyevin Fransaya səfərinin xeyri... - Deputat açıqladı

Mattarellanın Bakı səfərindən dərhal sonra Əliyevin gedişi...

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla