Yuxarı

Rusiya-Türkiyə yaxınlaşması Qarabağa nə vəd edir? - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təkcə Azərbaycan-Türkiyə-Rusiyanın yaratdığı iqtisadi, siyasi və ya digər bir platforma Dağlıq Qarabağ münaqişəsini tam şəkildə həll edə bilməz. Bu platformanın mövcudluğunun problemin həllinə müəyyən qədər müsbət təsiri ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Azərbaycan-Rusiya-Türkiyə arasında olan əməkdaşlıq hər hansı blok, ittifaq demək deyil:

“Ümumiyyətlə, Ermənistanı qıcıqlandıran əsas məsələlərdən biri Azərbaycanla yaxın olan Türkiyənin Rusiya ilə əməkdaşlığının genişlənməsidir. Çünki Ermənistan elə hesab edir ki, Türkiyə və Rusiya yaxınlaşdıqca, Ankara Dağlıq Qarabağ probleminin həllinə təsir imkanını genişləndirir. Buna görə də Ermənistan dəfələrlə Rusiya və Türkiyə münasibətinin heç vaxt yüksələn xəttlə inkişaf etməyəcəyini dilə gətirir”.

Politoloq qeyd edib ki, digər məsələ Türkiyənin daim Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımlar atmasıdır:

“Ermənistanla Türkiyənin sərhədinin bağlı olması da məhz Dağlıq Qarabağ münaqişəsinə görədir. Türkiyə bu gün əlindən gələni edir ki, bu problem həll olunsun. Rusiya-Türkiyə münasibətlərinin belə inkişaf etməsinə isə səbəb odur ki, bu iki ölkə arasında üst-üstə düşən maraqlar var. Bu münasibətlər həm Türkiyənin iqtisadiyyatında müəyyən addımlar atmaq, həm də sanksiyaya məruz qalmış Rusiyanın regionda mühüm bir müttəfiqə ehtiyacı olduğu üçün yarandı. Bütün bunların hamısı təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər. Lakin bu tam şəkildə inandırıcı görünmür ki, məhz Dağlıq Qarabağ münaqişəsi bu üç dövlətin vasitəsi ilə həll olunacaq. Məlum məsələdir ki, Rusiya burada əsas açar fiqurdur. Rusiya münaqişənin həllində birmənalı şəkildə müsbət rol oynaya bilər. Amma ortada digər regional oyunçular da var. Bunu unutmaq olmaz”.

Qeyd edək ki, rusiyalı tanınmış tarixçi alim və analitik Oleq Kuznetsov 2019-cu ildə Türkiyədə prezident seçkilərindən sonra Rusiya-Türkiyə əməkdaşlığının genişlənəcəyini, Rusiya-Türkiyə-Azərbaycan timsalında Qara dəniz-Qafqaz təhlükəsizlik üçbucağının yaranacağını və bunun da Dağlıq Qarabağ məsələsinin həll perspektivinə təsirsiz ötüşməyəcəyini bildirib. Onun proqnozuna görə, 2020-ci ilə qədər Qarabağ probleminin həlli realdır.

Tarix
2018.04.19 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla