Yuxarı

İrəvanın hiyləgər planı: Ərdoğan Bakıdan ora gedəcək...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərdoğanın Bakı səfərində Türkiyə-Azərbaycan münasibətlərinin daha da genişləndirilməsi məsələsi ön planda olacaq.

Bu sözləri Axar.az-a Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakıya səfərini şərh edən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin görüşünün gündəliyi tam bəlli olmasa da, bir neçə mühüm məsələ ön planda olacaq:

“Ərdoğanın Bakı səfərində Türkiyə-Azərbaycan münasibətlərinin daha da genişləndirilməsi ön planda olacaq. İstina etmirəm ki, indiki dövrdə liderlər təhlükəsizlik məsələlərinə daha çox diqqət yetirəcəklər. Eyni zamanda, iqtisadi əməkdaşlığın bu və ya digər şəkildə müzakirəsi də tamamilə mümkündür. Ərdoğanın həmişə olduğu kimi, bu dəfə də seçkidən sonra ilk səfərini Azərbaycana etməsi xüsusi əhəmiyyətə malikdir”.

T.Zülfüqarov liderlər arasında Dağlıq Qarabağ məsələsinin müzakirəsini də istisna etməyib və Ərdoğanın Bakıdan sonra Brüsselə gözlənilən səfərinə diqqət çəkərək bəzi siyasi məqamlara işıq salıb:

“Tükiyə NATO-nun bu bölgədə əsas oyunçularından biridir. Bunun NATO üçün əhəmiyyəti dəfələrlə müxtəlif səviyyələrdə qeyd olunub. Bu baxımdan Türkiyənin orada iştirakı Azərbaycan üçün də çox vacibdir. Çünki ermənilər ölkələrinin təhlükəsizliyi məsələsində NATO-nun bu və ya digər şəkildə Ermənistanla tərəfdaşlığı artırmasını və daha çox əməkdaşlıq etməsini istəyirlər. Ermənistan hakimiyyəti artıq yeni bir siyasi model üzərində işləyir. Yəni onlar Qərblə siyasi, iqtisadi, mənəvi və digər sahələrdəki əlaqələrini genişləndirmək xətti yürüdürlər. Ermənistan XİN başçısı qeyd edib ki, hazırda ölkəsi üçün ən önəmli məsələ təhlükəsizliklə bağlı zəmanətlərə fasilənin verilməməsidir. Zoqrab Mnatsakanyan burada ilk növbədə Ermənistanın təhlükəsizliyinin birbaşa xarici faktorlarla bağlılığını nəzərdə tutur. Yəni Rusiya Ermənistana verdiyi təhlükəsizlik zəmanətindən əl çəkərsə, İrəvanın bu zəmanəti xarici qurumlardan ala biləcəyinə işarə edir. Brüsseldə NATO-nun zirvə toplantısına böyük nümayəndə heyəti ilə qatılmaları heç də təsadüfi deyil. Gələcək hadisələrin cizgiləri təxminən bundan ibarətdir. Hadisələrin bundan sonra hansı istiqamətdə cərəyan edəcəyini isə zaman göstərəcək”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan iyulun 9-da andiçmədən sonra ilk xarici səfərini Azərbaycana edəcək. O, 11-12 iyul tarixində isə NATO sammiti ilə əlaqədar Brüsselə yollanacaq.

Tarix
2018.07.10 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla