Yuxarı

Sadələşmiş vizadan kimlər istifadə edə biləcək? – Rəy

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu, ilkin addımdır, daha çox buna bir niyyət ifadəsi kimi baxmaq olar".

Bu sözləri politoloq Ərəstun Oruclu bu gün Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı sammitində Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi barədə sazişə münasibət bildirərkən dedi.

"Axar.az"a danışan politoloq Avropa ilə Azərbaycan arasında gediş-gəliş olmasına baxmayaraq, mövcud çətinlikləri də qeyd etdi: "Bir sıra hallarda hər iki tərəfin vətəndaşları üçün çətinliklər yaranırdı. Məsələn, Bakıda Avropa səfirliklərindən viza almaq xeyli problemli işdir. Amma Azərbaycan səfirliklərinin özündə də Avropa ölkələrinin və Amerika vətəndaşlarının viza almaları qat-qat çətin hesab olunur. Söhbət təkcə bürokratiyadan getmir, həm də müəyyən məhdudiyyətlərdən gedir. Bəzi jurnalistlər, ictimai xadimlər üçün Azərbaycan səfirliklərində "qara siyahı"lar olur.

Bu baxımdan Avropaya təhsil dalınca gedən gənclərimiz və iş adamlarımıza sadələşdirilmiş viza rejiminin xeyri dəyəcək. İstənilən halda tərəflər arasında sadələşdirilmiş viza rejiminin tətbiqi gələcəyə doğru müsbət addımdır. Amma onu qeyd edim ki, bu vizasız gediş-gəliş deyil, müxtəlif təbəqələr üçün, yəni dövlət rəsmiləri, iş adamları, tələbələr üçün sadələşdirilmiş viza rejimidir".

Tarix
2013.11.29 / 17:53
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla