Yuxarı

Əliyeva DİN rəhbərlərinə çağırış etdi ki... - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan sabitliyin, təhlükəsizliyin hökm sürdüyü nümunəvi ölkədir.

Bunu Trend-ə politoloq, Qərb-Xəzər Universitetinin professoru Fikrət Sadıqov deyib.

F.Sadıqov qeyd edib ki, bu fikir Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyevanın Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçıları ilə görüşü zamanı səsləndirilib:

"Qeyd olunub ki, Azərbaycan təhlükəsizliyin hökm sürdüyü sabit dövlətdir. Əminəm ki, ölkə daxilində sabitlik daha da möhkəmlənəcək və təhlükəsizlik məsələləri bundan sonra da diqqət mərkəzində olacaq. Burada güc strukturları, hüquq-mühafizə orqanlarının da rolu böyükdür. Bu, bütün əhəmiyyətli prioritetlərin möhkəmlənməsində mühümdür".

Politoloq vurğulayıb ki, Birinci vitse-prezident görüş zamanı Ermənistan tərəfindən Azərbaycan torpaqlarının bir hissəsinin işğal edildiyni bir daha xatırladıb və buna diqqət çəkib:

"Birinci vitse-prezident Mehriban Əliyeva vurğuladı ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarından narkotiklərin becərilməsi və sonradan trafiki üçün istifadə olunması faktları mövcuddur. Artıq uzun illərdir orada qanunsuz olaraq xarici hüquqi və fiziki şəxslər fəaliyyət göstərir ki, bu da yolverilməzdir, Azərbaycan Respublikasının qanunverciliyinin kobud şəkildə pozulması deməkdir. Birinci vitse-prezident MDB ölkələrinin hüquq-mühafizə orqanları rəhbərlərini bu məsələyə diqqət ayırmağa, bununla əlaqədar konkret addımlar atmağa çağırdı. Əks halda regionda təhlükəsizlik və sabitlik şübhə altında qala bilər".

Tarix
2018.07.20 / 22:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla