Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Oktyabr 2018


"Xəzəryanı dövlətlər problemlərə son qoymağa hazırdır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın Aktau şəhərində keçiriləcək beşinci zirvə toplantısı ilə bağlı “Xəzəryanı dövlətlər bu dənizlə bağlı problemlərə son qoymağa hazırdırlar” sərlövhəli məqalə dərc edib.

Axar.az məqalənin xülasəsini təqdim edir.

Məqalədə deyilir ki, Xəzərin ətrafında yerləşən beş dövlət 26 ildir bu dənizlə bağlı problemin həllində vahid mövqeyə gələ bilmirlər. Ancaq yaxın günlərdə problemin həlli ilə bağlı irəliləyişin əldə olunacağına imkan yaranıb.

Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin karbohidrogen yataqları ilə zəngin olduğu vurğulanan məqalədə deyilir ki, bir vaxtlar bu dəniz Sovet İttifaqı ilə İran arasında bölünmüşdü. Ancaq 1992-ci ildə SSRİ-nin dağılması Xəzər dənizi sahillərində - Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistan olmaqla dörd varisi üzə çıxardı və dənizin statusunu uzun sürən diplomatik mübahisələrin qurbanına çevirdi.

Artıq qeyri-müəyyənlik arxada qalıb. Belə ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində beş dövlətin prezidentlərinin dənizin hüquqi statusunu tənzimləyən Konvensiyanı imzalayacaqları gözlənilir.

Məqalədə qeyd olunur ki, görünür, vaxtilə Türkmənistanın dənizin dibi ilə Azərbaycanadək 300 kilometr uzunluğunda qaz kəməri inşa etmək təşəbbüsünün qarşısını alan Moskva indi bu niyyətindən əl çəkib.

“Financial Times” yazır ki, Aktau sammitində qəbul olunacaq Konvensiyada dəniz sərhədlərinin delimitasiyası, dəniz dibinin bölünməsi, hərbi əməkdaşlıq və iqtisadi fəaliyyət - daşıma, ətraf mühitin mühafizəsi və dəniz elmi araşdırmaları kimi məsələlərin yer alması nəzərdə tutulur. Bu Konvensiya Azərbaycan da daxil olmaqla, digər Xəzəryanı ölkələrin karbohidrogen layihələri üçün maneələri aradan qaldıracaq.

Yazıda Azərbaycanın reallaşdırdığı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP qaz boru kəmərinin səhmdarlarından biri olan İtaliyanın SNAM şirkətinin baş icraçı direktoru Marko Alveranın Aktau Konvensiyasını Xəzər dənizi üçün “çox maraqlı bir hadisə” adlandırdığı diqqətə çatdırılır. M.Alvera vurğulayıb ki, bu, Avropa və Azərbaycan üçün əla bir variantdır.

Tarix
2018.08.09 / 22:25
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Kəlbəcərdə “Sidney” qəsəbəsi: Bakı BMT-yə müraciət edərsə...

Millsin İrəvanı silkələyən Qarabağ bəyanatı: ABŞ-ın təsiri...

İrəvandan Millsin Qarabağ açıqlamasına - Reaksiya

5 rayon vədi: Paşinyan niyə qorxur və İrəvan hara gedir?

Bu dalğa Ermənistanı gələn ay vuracaq - Şərh

Soçi sazişindəki “vaxt” bitdi: Rusiya hansı addımı atacaq?

Babkonun İrəvana “diqqətli olun” hədəsi: təzyiq artır

Bunun nəticəsində iri layihələr reallaşıb - Abutalıbov

Dövlət Müstəqilliyimizin Bərpası Günüdür

Dünya mediası 15 illik möhtəşəm zəfərdən yazır...

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla