Yuxarı

Nikolun ilk məğlubiyyəti: Köçəryan tərəfdarları fəallaşır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Röbert Köçəryanın Ermənistan Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılmasında eks-prezident kimi toxunulmaz olması və Ermənistan parlamentinin 46 deputatının imzaladığı zəmanət məktubu rol oynayıb.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, Röbert Köçəryanın azadlığa buraxılmasında Rusiyanın təzyiqindən daha çox Ermənistan Respublika Partiyasının deputatlarının hərəkətə keçməsi faktına diqqət yetirmək lazımdır:

“Köçəryanın həbsinədək prosesləri müşahidə edən Respublikaçılar birdən-birə hərəkətə keçdilər və faktiki olaraq Paşinyana qarşı açıq mövqe nümayiş etdirdilər. Şübhəsiz ki, Ermənistanda xarici dəstək olmadan çoxluqda olduqları halda “parlament azlığı” funksiyasını icra etməyə məcbur edilən deputatların Paşinyana qarşı çıxması mümkün deyil. Robert Köçəryanın azadlığa buraxılması Nikol Paşinyanın ilk ciddi məğlubiyyəti kimi də dəyərləndirilə bilər. İndi Paşinyanın sabah keçirəcəyi mitinq diqqət mərkəzindədir. Aksiyanın kütləviliyindən çox şey asılı olacaq. Əgər Nikol Paşinyan əvvəlki kütləvi dəstəyi alacaqsa, o zaman rəqiblərini, “Qarabağ klanı”nın liderlərini izləməkdə davam edəcək. Əks təqdirdə Köçəryan-Sərkisyan cütlüyünün tərəfdarlarının fəallaşa biləcəyi ehtimalı kifayət qədər çoxdur”.

E.Mirzəbəylinin sözlərinə görə, Nikol Paşinyanın ən böyük problemlərindən biri gözlədiyi xarici dəstəyi ala bilməməsidir:

“Onun Avropa İttifaqının ünvanına səsləndirdiyi bəyanatlar çox güman ki, bu xəyal qırıqlığından qaynaqlanır. Ermənistanın baş naziri yenə də sürətli islahatlardan danışır, amma bu islahatları hansı resurslar hesabına həyata keçirəcəyi barədə heç bir fikir səsləndirmir. Hazırda onun fəaliyyətində həm daxili, həm də xarici siyasətlə bağlı qeyri-müəyyənlik var. Ermənistan mətbuatı hakim siyasi qrupun Almaniya kansleri Angela Merkelin səfərindən gözləntilərinin olduğunu bildirir. Bu səfər çərçivəsində veriləcək bəyanatlar da Ermənistandakı proseslərin gedişinə müəyyən qədər təsir göstərə bilər. Amma Paşinyanın tez bir zamanda hakimiyyəti təhvil verəcəyi də inandırıcı görünmür. Bütün hallarda o daha çox vaxt qazanmağa çalışacaq”.

Qeyd edək ki, Ermənistan Apelyasiya Məhkəməsi ölkənin keçmiş prezidenti Robert Köçəryan haqqında çıxarılmış həbs qərarını ləğv edib.

Tarix
2018.08.17 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla